Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon ərazisində çap olunan “Abşeron” qəzetinin baş redaktoru Elimxan Mehrəliyevlə görüşüb. E.Mehrəliyevin uzun illər rayonda müxtəlif vəzifələrdə çalışdığını, hər zaman işinə böyük məsuliyyət və tələbkarlıqla yanaşdığını qeyd edən İ.Gülməmmədova bildirib ki, baş redaktor özünün şəxsi keyfiyyətləri, işgüzarlığı və səmimiyyəti ilə abşeronluların hörmətini qazanıb.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova RİH yanında fəaliyyət göstərən İctimai Şuranın bir neçə üzvü ilə görüşüb. Şuranın fəaliyyətinin daha da genişləndirilməsi, bu vaxta qədər görülən işlər və qarşıya qoyulan vəzifələrin öhdəsindən vaxtında gəlinməsi istiqamətində danışan İ.Gülməmmədova şəhid ailələrinin, qazilərin daimi olaraq diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edib.
Bakıda törədilən 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı həyata keçirilən cinayətdir. Paytaxtda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.
“Yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir”. Bu fikirləri Prezident İlham Əliyev Sumqayıta səfəri zamanı Azərbaycan Televiziyasına veridiyi müsahibəsində söyləyib.
Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 31-ci ildönümü dərin ehtiramla yad edilib. Xırdalan səhərində şəhidlərin əziz xatirəsinə yeni inşa edilmiş Şəhidlər Abidə Kompleksinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin və eləcə də I və II Qarabağ müharibələrində şəhid olmuş qəhrəmanlarımızın ailələri iştirak ediblər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhədində əsaslı şəkildə yenidən qurulan Əbdüləli Mürsəlov küçəsinə baxış keçirib. RİH başçısına bildirilib ki, sözügedən küçə Xırdalan şəhərinin qədimi hissəsinin əsas prospektlərindən biridir. Layihə çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ümumilikdə ərazyə 6570 kvadratmetr asfalt örtüyü çəkiləcək.
Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon ərazisində yaşayan 20 Yanvar hadisələri zamanı şəhid olan şəxslərin ailə üzvləri və yaralanan sakinlərlə görüşüb. Görüş iştirakçıları əvvəlcə Xırdalan şəhərində vətən uğrunda canından keçən soydaşlarımızın əziz xatirəsinə ucaldılan Şəhidlər Abidəsinə gedərək önünə tər çiçəklər düzüb, şəhidləri ehtiramla yad ediblər.
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri və qazilərin daimi olaraq diqqət mərkəzində saxlanılması üçün müxtəlif layihələr icra olunur. Onlardan biri də qazilərimizin və eləcə də şəhid ailələrinin öz evlərində tibbi müayinələrdən keçirilməsi, tibbi dəstəyin göstərilməsidir. Bununla əlaqədar olaraq RİH başçısı İradə Gülməmmədova ilə “Milan Hospital”ın direktor müavini Sənan Həsənov, fizioterapevt Əfsanə Sənəliyeva, nevroloq Məhnurə Məhərrəmova və RİH yanında fəaliyyət göstərən İctimai Şuranın bir neçə üzvü arasında görüş keçirilib.
Bu gün Abşeron rayonunda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verildi. Günün ikinci yarısından başlayaraq Xırdalan şəhərində, Novxanı, Fatmayı, Qobu və Masazır kəndlərində müraciət edənlərin peyvənd olunması həyata keçirildi. Bizim (jurnalistlərin – red.) olduğumuz Novxanı və Fatmayı həkim məntəqələrində peyvəndin həyata keçirilməsi üçün çox gözəl şəraitin yaradıldığını müşahidə etdik.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb. Əvvəlcə şəhid kapitan Musibov Veysəl Yadullayeviçin anası Musibova Səməngül Məməmməd qızı ilə görüşən başçı bildirib ki, hər birimiz şəhidlərimizə və qazilərimizə borcluyuq. Şəhidlərimizin, ümumilikdə hərbçilərimizin və Ali Baş Komandan, Müzəffər Prezident İlham Əliyevin düzgün qərarları, iradəsi sayəsində Azərbaycan torpaqları işğaldan azad olundu.
“Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Azərbaycan dövləti Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərinə etdiyi səfəri çərçivəsində söyləyib.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Xırdalan şəhərində inşa edilən və çirkab suların axıdılması üçün nəzərdə tutulan nasos stansiyasına baxış keçiriblər. Bildirilib ki, 2017-ci ilin iyul ayında Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası üzrə tikinti-quraşdırma işlərinə başlanıb və 2019-cu ilin sonunda ilkin mərhələ üzrə işlər başa çatdırılıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhədində əsaslı şəkildə yenidən qurulan Rəşid Behbudov küçəsinə baxış keçirib. RİH başçısına bildirilib ki, sözügedən küçə Xırdalan şəhərinin giriş-çıxışındakı avtomobil axınını fasiləsiz və tıxacsız təşkil edilməsində xüsusi əhəmiyyətə malikdir.
Abşeron rayonunun Saray qəsəbəsində kanalizasiya xətti çəkilir. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova görülən işlərlə yerində tanış olmaq məqsədi ilə əraziyə baxış keçirib. RİH başçısına bildirilib ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasının kənd və qəsəbələrində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi layihələrin davamı olaraq cari ilin yanvar ayında Saray qəsəbəsinin Yeni yaşayış massivi adlanan ərazisində yeni kanalizasiya xəttinin çəkilişlərinə başlayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər keçirilir, onların qayğıları və problemləri ilə maraqlanılır, lazimi dəstək və köməklik göstərilir. RİH başçısı İradə Gülməmmədovanın sərəncamına əsasən keçirilən növbəti görüş rayonun Hökməli qəsəbəsində şəhid Cəfərov Balaş Namiq oğlunun ailəsi ilə baş tutub.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun Saray qəsəbəsində həyata keçirilən abadlıq-quruculuq işlərini yaxından izləmək məqsədi ilə əraziyə baxış keçirib. İcra başçısına bildirilib ki, qəsəbədə geniş miqyasda yenidənqurma işləri aparılır, küçələr asfaltlanır.
Azərbaycan öz maraqlarını növbəti dəfə təmin etdi. Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşünün nəticələrinə nəzər saldıqda əminliklə deyə bilərik ki, rəsmi Bakı bütün tribunalarda xaqımızın maraqlarını ən yüksək səviyyədə qoruyur.
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüş keçirilir, onların qayğıları və problemləri ilə maraqlanılır, lazimi dəstək və köməklik göstərilir.
Türkiyənin Bursa vilayətindəki Heydər Əliyev Parkında Yıldırım bələdiyyəsi tərəfindən genişmiqyaslı təmir-bərpa işləri aparılır. Qeyd edək ki, 2008-ci ilin iyun ayında Abşeron rayonu ilə qardaşlaşmış şəhər elan edilən Bursa vilayətindəki "Qapalı Qaya" massivində salınan Heydər Əliyev Parkı yerli sakinlər, eləcə də şəhərin qonaqlarının ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
“Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”.
Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağı və digər neft məhsullarının qiymətinə də təsir edir.
Son zamanlar ölkə gündəmində, eləcə də sosial şəbəkələrdə geniş müzakirə olunan mövzulardan biri də Azərbaycan dili məsələləridir. Bu kimi müzakirələr adətən müxtəlif filmlərin tərcümə edilərək mavi ekranlara çıxarıldığı zaman daha geniş vüsət alır. Bu baxımdan dövlətin mədəniyyət siyasətində yeni formalaşdırılmış strateji prioritetlərinin cəmiyyətə təqdim olunması olduqca vacibdir.
Azərbaycan ordusu döyüş meydanında qalib gəldikdən sonra ölkənin pensiya siyasətinə yenidən baxılması zərurəti yaranıb. Şəhid ailələrinin, əlillərin və ümumilikdə bu qəbildən olan şəxslərin pensiya alanların sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması, müavinətlərin məbləğlərinin optimallaşdırılması məsələsi gündəmə gəlib.
Azərbaycan təkcə döyüş meydanında qalib gəlməsi ilə deyil, eyni zamanda dünyanın bir çox analitik mərkəzlərinin təhlillərinin müsbət nəticələri ilə özünü yenidən hər kəsə tanıtdırdı. Belə ki, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir.
Azərbaycan ordusunun döyüş meydanında Ermənistan üzərində qələbə qazanması regionda yeni situasiyalar yaratdı. Bu situasiyalarda, heç şübhəsiz ki, rəsmi Bakı qalib kimi xalqımızın maraqlarını bütün mövzular üzrə təmin etməkdə müəyyən üstünlüklər əldə etdi. Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir.