Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

28 mart 2024 | 17:39

Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) və  Rayon Polis İdarəsinin təşkilatçılığı ilə bu günlərdə Xırdalan şəhər 4, 7, 8, 9, 10 nömrəli, eləcə də Aşağı Güzdək qəsəbə 2 və Masazır kənd 6 nömrəli orta ümumtəhsil məktəblərində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Abşeron RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının sədri Gülnar Rəhimova narkomaniya ilə mübarizə sahəsində keçirilən silsilə tədbirlərdə çıxış edərək, cari dövrü əhatə edən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın məqsədinin respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təblığatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər geniş miqyaslı məsələlərdən ibarət olduğunu şagirdlərin diqqətinə çatdırıb.

Abşeron rayon Polis İdarəsinin əməkdaşları, Abşeron RİH-in və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsul işçiləri, Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektorunun məsul şəxsləri çıxış edərək cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə mənfi təsir göstərən, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan bu amilin Abşeron rayonunda qarşısının alınması istiqamətində müvafiq tədbirlərin aparıldığını qeyd ediblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, keçirilən tədbirlər çərcivəsində kibertəhlükəsizlik barəsində də şagirdlərə ətraflı məlumat verilib.

Keçidlər