Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda Aprel döyüşlərinin 8-ci il dönümünə həsr olunmuş tədbir keçirilib

05 aprel 2024 | 16:09

Abşeron rayonunda “Aprel döyüşləri: zəfər yürüşünün ilk addımları” mövzusunda tədbir keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbir 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən etibarən başlayan və aprelin 5-nə qədər davam edən hərbi əks hücum əməliyyatlarının 8-ci il dönümünə həsr olunub. Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Mədəniyyət və Abşeron-Xızı Regional Təhsil İdarələrinin nümayəndələri, şəhid ailələri, qazilər,  mədəniyyət işçiləri, rayon ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri iştrak ediblər.

Anım tədbirində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış bütün igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, 2016-cı il aprelində düşmənin hərbi təxribatlarının qarşısını alan zaman rəşadətli ordumuz və qəhrəman oğullarımız döyüş ruhunu, şücaətini nəinki düşmənə, eyni zamanda bütün dünyaya nümasyiş etdirib. Qeyd olunub ki, cəmi 4 gün davam edən əks hücum əməliyyatları ordumuzun qələbəsi ilə başa çatmışdır. Böyük Zəfərin müjdəçisi olan Aprel döyüşlərində igid və cəsur Azərbaycan oğulları misli görünməmiş qəhrəmanlıqlar və  düşməni hər an məhv etməyə hazır olduqlarını göstərmişlər. Gülnar Rəhimova həmçinin qeyd edib ki, igid vətən oğulları canları, qanları bahasına illərlə yaradılan mifi darmadağın etdi və Zəfərə gedən 44 günlük yolun əsasını qoydular. Əldə edilən şanlı Zəfərdən sonra azad edilən torpaqlarda, sonra isə Xocalıda, Xankəndidə üçrəngli bayrağımız ucaldıldı.

Ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində çox böyük diqqət və qayğı göstərildiyini qeyd edən G.Rəhimova vurğulayıb ki, hazırda onlar həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hss etməkdədirlər.

Sonra Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndəsi, aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Aprel döyüşü iştirakçısı, qazi Hikmət Məmmədov çıxış edərək 2016-ci il aprelin 1-dən 5-nə kimi gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi şücaətdən, torpaqlarımızın azad olunmasından, Vətən Müharibəsində əldə etdiyimiz qələbədən və xatirələrindən danışıblar.

Tədbirin sonunda Aprel şəhidlərinə həsr olunan “Mən səninləyəm, ana vətən” adlı bədii-sənədli film nümayiş olunub.

Keçidlər