Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinləri ilə görüş keçirib

02 aprel 2024 | 17:32

Aprelin 2-də Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Beynəlxalq Uşaq Kitabı Günü” və “Dünya Autizm Məlumatlandırma Günü” münasibətilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində görüş  keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional filialının müdir müavini Nurlan Məmmədzadə, Abşeron RİH-in əməkdaşları, habelə Uşaq Səfirlər Məclisinin (USM) Abşeron rayon üzrə nümayəndəsi Mayisə Abbasova, USM-nin Abşeron rayon üzrə uşaq nümayəndə və fəalları iştirak ediblər.

Əvvəlcə qonaqlar Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki müəssisədə uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə cavab verən hər iki müəssisədə uşaqların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fitri istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılmış dərnəklərlə tanış olub, bu dərnəklərdə uşaqların hazırladıqları müxtəlif əl işlərinə baxış keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördükləri işlərin, atdıqları addımların, imzalanan fərman və sərəncamların, təsdiqlənən Dövlət proqramlarının xronologiyasına diqqət yetirmək kifayətdir və bu gün əminliklə qeyd edirik ki, müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2 iyun 2020-ci il tarixli  Sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası» da bu diqqət və qayğının tərkib hissəsidir.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron RİH-in təşəbbüsü ilə hər iki müəssisəyə  Uşaq Səfirlər Məclisinin Abşeron rayon nümayəndələri və fəalları tərəfindən  toplanmış uşaq və bədii ədəbiyyatdan ibarət 500-dən çox kitab hədiyyə edilib.

Keçidlər