Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn “Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Quliyev Teymur Zamin oğlunun və “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Məmmədov İlkin Abdulla oğlunun adlarının əbədiləşdirmək məqsədi ilə Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən Abidə Bulaq Kompleksi istifadəyə verilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin psixoloqları ilə görüş keçirilib.
15 May “Beynəlxalq ailə günü” münasibəti ilə Abşeron rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir.
Abşeron rayonunda “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üvzləri ilə görüş keçirilmişdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı və rəhbərliyi ilə döyüşlərə qatılan və qələbəmizlə nəticələnən Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Heydərov Qadir Ədalət oğlunun 24-cü doğum günü qeyd edilmişdir.