Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda növbəti əmək yarmarkası keçiriləcək

02 dekabr 2023 | 09:24

06.12.2023-cü il tarixdə Xırdalan şəhəri, Mədəniyyət Mərkəzində, Abşeron rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Məşğulluq filalı ilə birlikdə işsiz və iş axtaran şəxslər üçün əmək yarmarkası keçiriləcəkdir. Tədbirdə 17 müəssisədən 80-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulmuşdur.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar və iş öhdəlikləri haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim olunacaqdır.

Keçidlər