Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr və Nümayəndəliklər

Bələdiyyələr

Azərbaycan Respublikası müstəqilliyinin inkişafı dövründə bir çox tarixi mərhələlərdən keçmişdir. Bu tarixi mərhələlər dövlətimizin demokratik prinsiplər əsasında inkişafı ilə səciyyələnir. Bu dövrün əhəmiyyətli hadisələrindən biri də yeni idarəetmə forması olan bələdiyyələrin yaranmasıdır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş (1995-ci ildə) Müstəqil dövlətimizin Konstitusiyasında Yerli Özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən edilməsi və onlar tərəfindən yerli özünüidarənin təşkili və sair məsələlərin öz əksini tapması yerli özünüidarənin hüquqi əsaslarını təşkil etmişdir.
Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yerli özünüidarəetmə orqanlarının inkişafına, tam formalaşmasına və müstəqil fəaliyyət göstərməsinə xüsusi diqqət yetirir.
1999-cu ildə yerli özünüidarəetmə orqanı olan ilk bələdiyyə seçkilərində Abşeron rayonunda 15 bələdiyyə qrumu formalaşmışdır. 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkilərində isə 3 bələdiyyə (Güzdək, Görədil və Pirəkəşkül-Qobustan) digər bələdiyyələrə birləşdirilərək 12 bələdiyyə formalaşdırılmışdır.  Respublikamızda bələdiyyələr çox gənc olsalar da, onlar öz işgüzarlığı, təşkilatçılığı, ərazilərin sosial problemlərinin həlli istiqamətində göstərdikləri təşəbbüskarlıq nəticəsində ulu öndərin uzaqgörənliyini bir daha sübut etdilər.
Abşeron rayonunda bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xəttlərinin yenidən qurulması, yeni uşaq bağçası, məktəb, səhiyyə müəssisələrinin tikilməsi, köhnələrinin əsaslı təmir olunması, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması, ağac və bəzək kollarının əkilməsi, şəhid əlil və aztəminatlı ailələrə maddi yardım verilməsi sahəsində mühüm işlər görmüşlər.

Xırdalan bələdiyyəsi 1999-cu ildə yaradılmışdır. İlk vaxtlar 11 nəfər bələdiyyə üzvü seçilmişdir. Xırdalan şəhərində əhalinin sayının artması ilə əlaqədar 2025-ci il bələdiyyə seçkilərində Xırdalan bələdiyyəsinə 19 üzv seçilmişdir. Xırdalan bələdiyyəsi şəhərdaxili yolların abadlaşdırılmasında, Mədəniyyət və istirahət parkının yenidən qurulmasında, gənclər evinin tikilib istifadəyə verilməsində, su-kanalizasiya, qaz xəttlərinin çəkilməsində, elektrik transformatorlarının qoyulmasında, yaşayış binalarının həyətlərində kölgəliklərin, avtomobil yollarının kənarında dayanacaqların quraşdırılmasında çox işlər görmüşdür. Gələcəkdə də ərazidə bələdiyyə tərəfindən bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Ünvan: Xırdalan şəhəri, Qalubiyyə küçəsi
Tel: (012) 342-70-00
Sədr: Abbasov Anar Rafiq oğlu
(012) 342-70-00

Saray bələdiyyəsi 1999-cu ilin dekabr ayında formalaşmışdır. 2025-ci il bələdiyyə seçkilərində 15 nəfər bələdiyyə üzvü seçilmişdir. Hazırda Saray bələdiyyəsində 23 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Saray bələdiyyəsi qəsəbə daxili yolların abadlaşdırılması, su-kanalizasiya və qaz xəttlərinin çəkilməsi və təmiri sahəsində, təhsil, səhiyyə müəssisələrinin əsaslı təmirində çox işlər görmüşdür. Xüsusilə 85 çarpayılıq Saray qəsəbə xəstəxanasının yenidən qurulub sakinlərin istifadəsinə verilməsndə müstəsna xidmət göstərmişdir. Şəhid, əlil və imkansız ailələrə respublikamızda qeyd olunan bayram günlərində sovqat çatdırılmışdır.
Ünvan: Saray qəsəbəsi. V.Axundov küçəsi 27
Tel: (012) 344-11-44
Sədr: Zalov Nizami Qurban oğlu
(012) 344-11-44

Mehdiabad bələdiyyəsi 1999-cu ildə yerli özünüidarəetmə orqanlarına ilk seçkilər keçirilərkən yaradılıb. Hazırda bələdiyyədə 15 nəfər üzv, 9 nəfər isə bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Bələdiyyə yarandığı gündən ərazidə bir çox quruculuq abadlıq işləri həyata keçirilmiş, daxili yollar asfaltlanmış, yeni yaşayış massivlərinə qaz, su, elektrik xəttlərinin çəkilməsində imkanı daxilində köməklik göstərmişdir. Ərazidə yaşıllıqların artırılması üçün müəyyən işlər görmüşdür. Daim aztəminatlı ailələrə qayğı göstərmiş, bayramlarda onlara sovqat çatdırılmasını təmin etmişdir. Qəsəbədə 2 mərtəbəli yaraşıqlı, müasir avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisəsi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Gələcəkdə də bir çox işlərin görülməsi nəzərdə tutulur.
Ünvan: Mehdiabad qəsəbəsi, «20 Yavnvar» küçəsi 18
Tel: (012) 343-15-55
Sədr: Qəribova Aygün Süleyman qızı
(012) 343-15-55

Qobu bələdiyyəsi 1999-cu ilin dekabr ayında yaradılmışdır. 2025-ci il bələdiyyə seçkilərində 15 nəfər bələdiyyə üzvü seçilmişdir. Hazırda 10 nəfər bələdiyyə qulluqçusu çalışır.
Daxili küçələri abadlaşdırılmış, 1936-cı ildən fəaliyyət göstərən və üçülüb dağılaraq yararsız hala düşən 35 çarpayılıq Qobu qəsəbə sahə xəstəxanasını sökərək yerində müasir tələblərə cavab verən səhiyyə müəssisəsi inşa etmiş, dörd qrupluq uşaq bağçası tikilmişdir. Hazırda qəsəbədə bələdiyyə tərəfindən mədəniyyət evinin inşası davam etdirilir.
Ünvanı: Qobu qəsəbəsi, S.Vurğun küçəsi
Tel: (012) 345-71-00
Sədr: Nəcəfov Araz Tofiq oğlu
(012) 345-71-00

Ceyranbatan bələdiyyəsi Ceyranbatan qəsəbəsi Abşeron rayonunun son 50 ildə salınmış yaşayış məntəqələrindən biridir. Qəsəbədə 1999-cu ildə bələdiyyələrə seçkilər keçirilmişdir. Hazırda 11 bələdiyyə üzvü və 6 nəfər bələdiyyə qulluqçusu ərazinin sosial problemləri ilə məşğuldur. Bələdiyyə yarandıqdan sonra qəsəbə daxili yollar abadlaşdırılmış, kommunal sahəsində xeyli iş görülmüş, həkim ambulatoriyası, mədəniyyət evi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Qəsəbənin mərkəzindəki «Atatürk» parkı yenidən qurulmuş, respublikamızda qeyd olunan rəsmi bayramlarda şəhid, əlil və imkansız ailələrə bayram payı çatdırılmışdır.
Ünvan: Ceyranbatan qəsəbəsi «20 Yanvar» küçəsi 1
Tel: (012) 344-41-42
Sədr: Zeynalov Cavanşir Allahverdi oğlu
(012) 344-43-00
(050) 210-67-54
(055) 210-67-54

Hökməli bələdiyyəsi 1999-cu ildə keçirilən seçkilərdə formalaşmışdır. Qəsəbənin problemlərinin həlli ilə 13 nəfər bələdiyyə üzvü, 8 nəfər bələdiyyə qulluqçusu məşğul olur. Hökməli bələdiyyəsi yarandıqdan sonra qəsəbənin daxili yolları asfaltlanmış, su, qaz, elektrik xəttlərinin çəkilməsində və təmirində müəyyən işlər görülmüş, uşaq bağçası, orta məktəb binası, klub əsaslı təmir olunmuş, 16 otaqdan ibarət 2 mərtəbəli poliklinika tikilmiş, müasir avadanlıqlarla təchiz edilmişdir. Hazırda Hökməli bələdiyyəsi tərəfindən 4 qrupluq uşaq bağçasının tikintisi üçün hazırlıq işləri görülür.
Ünvan: Hökməli qəsəbəsi
Tel: (012) 342-28-64
Sədr: Orucov Ramil Bəgalı oğlu
(012) 342-28-64

Aşağı Güzdək bələdiyyəsi də 1999-cu ildə formalaşmışdır. Yarandığı gündən əhalinin sosial problemlərinin həlli ilə məşğul olmağa başlamışdır. Hazırda 13 bələdiyyə üzvü və 15 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Daxili yollar abadlaşdırılmış, qaz, su, elektrik xəttləri dəyişdirilmiş, həkim məntəqəsi, bələdiyyə və icra nümayəndəliyinin yeni inzibati binası tikilmiş, orta məktəbdə əsaslı təmir işləri aparılmış, elektrik dirəkləri dəyişdirilmiş, transformatorlar və su nasosları quraşdırılmış, çoxsaylı ağac və gül kolları əkilmiş, daim imkansız ailələrə yardım edilmişdir.
Ünvan: Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsi 1
Tel: (012) 345-01-01
Sədr: İmanverdiyev Seymur Əsgər oğlu
(012) 345-01-01

Digah bələdiyyəsi 1999-cu ilin dekabr ayında yaradılıb. Daim əhalinin və ərazinin sosial-məişət problemlərini həll etməyə çalışıb, kənd qəbirstanlığında abadlıq, uşaq bağçası və orta məktəbdə əsaslı təmir işləri aparmış, daxili küçələrin abadlaşdırılmasını həyata keçrmişdir. Qəsəbədə dörd qrupluq uşaq bağçası inşa edilərək istifadəyə verilmişdir. Bələdiyyədə 11 bələdiyyə üzvü, 8 nəfər isə bələdiyyə qulluqçusu fəaliyyət göstərir.
Ünvan Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsi 14
Sədr: Ələkbərov Vüqar Şücaət oğlu
(012) 340-85-13
(050) 407-36-36

Masazır bələdiyyəsi yarandığı andan ərazinin abadlaşdırılması, daxili küçələrə asfalt və çınqıl döşənməsi, ağac, gül kollarının əkilməsi istiqamətində bir çox işlər görmüşdür. Məktəblərdə və uşaq bağçasında əsaslı təmir işləri aparmış, yeni iki mərtəbəli müasir tələblərə cavab verən poliklinika, bələdiyyə və icra nümayəndəsi üçün inzibati bina inşa edərək sakinlərin istifadəsinə verilmişdir. Mərkəzi Ə.Vahid küçəsi tamamilə yenidən qurulmuş, küçə genişləndirilmiş, divarlar bəzəkli çay daşı ilə üzlənmiş, dekorativ ağac və gül kolları əkilmiş, qəzəlxan Ə.Vahidin abidəsi qoyulmuşdur. 2025-ci il bələdiyyə seçkilərində 17 nəfər bələdiyyə üzvü seçilmişdir. 

Ünvan: Masazır kəndi, Ə.Vahid küçəsi
Tel: (012) 347-80-24
Sədr: Calalov Firdovsi Savalan oğlu oğlu
(012) 347-69-00

Novxanı bələdiyyəsi də 1999-cu ilin dekabr ayında formalaşmışdır. Əhalinin sosial problemlərinin həlli ilə 13 nəfər bələdiyyə üzvü, 11 nəfər bələdiyyə qulluqçusu məşğul olur. Bələdiyyə Masazır-Novxanı və Novxanı-Sumqayıt yollarını genişləndirmiş, ağac, bəzək və gül kolları əkmiş, yararsız hala düşmüş uşaq bağçasının yerində dörd qrupluq yeni müasir uşaq bağçası, iki mərtəbəli poliklinika və yaraşıqlı bələdiyyə binası tikərək istifadəyə vermişdir.
Ünvan: Novxanı kəndi, Ilqar Abdullayev küçəsi 19
Tel: (012) 348-34-48
Sədr: Tağıyev Şahin Kamal oğlu
(012) 348-31-00
(050) 232-80-90

Məmmədli bələdiyyəsi 1999-cu ilin ilk bələdiyyə çeçkilərində formalaşmışdır. Əhalinin və ərazinin sosial problemləri ilə 13 bələdiyyə üzvü və 16 nəfər bələdiyyə qulluqçusu məşğul olur. Daxili küçələr asfaltlanmış, çınqıl döşənmiş, orta məktəb, bağça, klub təmir olunmuş, yeni həkim ambulatoriyası və 6 qrupluq uşaq bağçası tikilmiş, əhaliyə qaz, elektrik enerjisi və içməli su verilməsində müəyyən işlər görülmüş, aztəminatlı ailələrə ərzaq və maddi yardım verilmişdir.
Ünvan: Məmmədli kəndi, Əli Bayramov küçəsi 30
Tel: (012) 340-43-00
Sədr: Ələsgərov Ceyhun Ağaməmməd oğlu
(012) 340-43-00

Fatmayı bələdiyyəsi də yerli özünüidarəetmə orqanlarına ilk seçkilər zamanı, yəni 1999-cu ildə yaranmışdır. Yarandıqdan sonra ərazidə mədəniyyət evi, uşaq bağçası həkim məntəqəsi inşa etmiş, daxili küçələri abadlaşdırmış, yeni yaşayış assivlərinə qaz, elektrik xəttləri və su çəkilməsində iştirak etmiş, aztəminatlı ailələrə maddi yardımı göstərmişdir. 2025-ci il bələdiyyə seçkilərində 11 nəfər bələdiyyə üzvü seçilmişdir.
Ünvan: Fatmayı kəndi
Tel: (012) 340-02-00
Sədr: Nəsirli Nəsir Fazil oğlu
(012) 340-02-00


 

Nümayəndəliklər

Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Məmmədov Malik  (012)342-11-48
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) İsmayılov Həsən (012)342-63-94
3 Məsləhətçi  Əliyev Mübariz (012)342-63-94
Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Rəcəbov Rövşən (012)344-11-21
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Əsədov Rəşad (012)344-12-37
3 Məsləhətçi Cəlilov Orxan (012)344-19-90
                         Mеhdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Abbasov Emin (012)343-11-40
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Rzayev Zabil (012)343-11-40
3 Məsləhətçi Köçərli Səbuhi (012)343-05-39
Qоbu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Məmmədov Etibar (012)345-70-00
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Gülənmədov Azər (012)345-70-01
3 Məsləhətçi Quliyev Eltac (012)345-70-01
Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Miradiyev Mirəziz (012)346-86-61
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) İmanova Xanım (012)346-81-60
3 Məsləhətçi Abbasova Elmira (012)346-81-60
Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Orucov Fəxrəddin (012)345-42-00
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Nəsirli Anar (012)345-42-00
Cеyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra  Hakimiyyəti  Başçısının  nümayəndəsi   Axundov Hüseyn (012)344-40-79
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Quliyev Elbrus (012)344-42-71
Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   İsmayılov Müşfiq (012)340-87-00
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Şəfiyev Səbuhi (012)340-85-37
Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Bəşirov Vüqar (012)345-00-00
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Qubatova Ruhiyyə (012)345-04-13
Şəfəq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Burcəliyev Vüqar -
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Əliyev Fariz -
3 Məsləhətçi - -
Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Xəlilov Güləhməd (012)347-72-62
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Rüstəmov Sənan (012)347-65-00
3 Məsləhətçi Hacıməmmədova Sevda (012)347-65-00
Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Abbasov Elmar (012)340-40-00
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Əliyev Akil (012)340-41-16
3 Məsləhətçi Novruzov Natiq (012)340-41-16
Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Rüstəmov Rövşən (012)348-30-00
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Nəbiyev İsax (012)348-34-43
3 Məsləhətçi Əliyeva Süsanə (012)348-34-43
Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Həsənov Şiraslan (012)340-01-00
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) İsmayılova Rəhimə (012)340-01-00
Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Mikayılov Hafiz (012)340-63-00
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Məmmədov Orxan (012)340-63-00
Pirəkeşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Firidov Elməddin (012)345-60-01
2 Baş məsləhətçi (ev təsərrüfatlarının uçotu işinin aparıcısı) Rəhmanov Fəxri (012)345-60-01

 

 

Keçidlər