Şriftin ölçüsü :

Saytın rəngi :

Olimpik Novxanı Otel

 

     Otel Abşeron yarımadasında istirahət bölgəsi olan Novxanı kəndində yerləşir. Oteldə xüsusi eyvan və dənizə panoraması olan 62 otaq və 3 ədəd 2 mərtəbəli lüks kotteclər fəaliyyət göstərir. Otelin otaqları minibar, ikikanallı telefon xətti, peyk televiziyası, LCD televizor, mərkəzi havalandırma sistemi, kondisioner, 24 saatlıq room-servis (otaq xidməti), Wi-Fi ilə təchiz olunmuşdur. Qonaqlara böyük açıq-qapalı hovuz, uşaqlar üçün hovuz, fitness zalı, türk hamamı, par kabinaları (yaş və quru), böyük həcmli jakuzi, eləcə də, açıq tennis kortu, futbol və voleybol üçün meydançalar, 10 xətli boulinq zalı təqdim edilir. Olimpik Novxanı otelində 3 restoran və 2 bar fəaliyyət göstərir. Bunlardan 2 restoran və disko bar mehmanxananın binasında,1 restoran və 1 bar isə açıq səma altında hovuzun ətrafında yerləşir. Bundan əlavə oteldə nəqliyyat servisi də fəaliyyət göstərir.

Ətraflı məlumat almaq üçün www.olimpikhotel.az saytına daxil olun.

Keçidlər