Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur


           Əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində 15 yarımstansiya, 2786 KTM və TM mövcuddur.
2019-cU il ərzində Abıeron rayonunun yaşayış məntəqələrində əhalini sabit elektirik enerji ilə təmin edən Xırdalan ETSİ, Bağlar ETSİ və Sumqayıt ETSİ tərəfindən hesabat ilində  müxtəlif gücə malik 28 ədəd yeni transformator şəbəkəyə qoşulmuş, az məhsuldar 11 transformator daha məhsuldar transformatorlarla əvəz edimiş, yanmış 8 transformator yenisii ilə əvəz edilmiş, 23 ədəd transformator təmir olunmuşdur. 113500 metr uzunluqda naqil, 9426 metr uzunluqda müxtəlif markalı kabel çəkilmiş, 238 ədəd yüksək gərginlikli dayaq basdırılmışdır. Fərdi evlərin şəbəkəyə qoşulması üşün 0,4 kv 2226 ədəd dayaq basdırılmış, 49,7 km uzunluqda ÖİN kabel xətti çəkilmiş və 10393 ədəd sayğac quraşdırılmış,10330 ədədi isə dəyişdirilmişdir.
Rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin edilir. 2019-cu ildə əhalinin təbii qaz təminatını daha da yaхşılaşdırmaq məqsədilə «AzəriQaz» İstehsalat Birliyinin sifarişi əsasında 6345 p/m daşıyıcı və küçədaхili qaz хəttləri çəkilmiş, 1837 ədəd "Smart kart"  tipli sayğac quraşdırılmışdır.
    2019-cu il ərzində “Abşeron Sukanal” və ”Bağlar Sukanal” idarələri tərəfindən rayonun yaşayış məntəqələrində korroziyaya uğramış 9645 p/m su xttləri dəyişdirilmiş,fərdi evlərdə 4096 ədəd su sayğacı quraşdırılmış, 48 ədəd su nasosu,34 ədəd isə mühərrik təmir edilmişdir. Su xətləri üzərində 92 ədəd yeni siyirtmə quraşdırılmış,86 siyirtmə isə təmir olunmuşdur.  Hesabat dövründə yaşayış məntəqələrində 1889 p/m kanalizasiya xətti yenidən qurulmuşdur.           
  ,,Azərsu” ASC sifarişilə 2017-ci ildən başlanmış  Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işi davam tamamlanmaq üzrədir. Ötən müddət ərzində müxtəlif diametrli borularla 167,105 km su, 88,806 km kanalizasiya xətləri çəkilmişdir. Fərdi  evlərə 17583 ədəd su birləşmə verilmiş və 11874 ədəd su sayğacı quraşdırılmışdır. Xırdalan şəhərinin su ilə təmin etmək məqsədilə 10000 metr kub tutumu olan 2 ədəd su anbarı tikintisi tamamlanmışdır.
Çəkilmiş kanalizasiya xətlərindən 7307 evə birləşmə verilmişdir.
Xıdalan şəhərindən çirkab suyu kənarlaşdıran 26 saylı nasos stansiyada yenidən qurma işlərinə başlanılmışdır. Çirkab suyun nəql ediməsi məqsədilə yeni təzyiqli xəttin çəkilişi tamamlanmışdır.        Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Xırdalan şəhərində 5.1 km uzunlunda avtomobil yolunun əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3.9 milyon manat,  17 dekabr 2019-cu il tarixli Sərəncamı ilə isə Xırdalan şəhərində ümumi uzunluğu 5.4 km olan Nizami, Hacı Zeynalbdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin əsaslı təmiri məqsədilə 3 milyon manat vəsait ayırmışdır.  (ümumi uzunluq 10.5 km- 6.9 milyon manat)
Artıq yolların təmiri işlərinə  başlanılmışdır. Qeyd olunan yolların əsaslı təmiri ilə yanaşı yolların genişləndirilməsi işləri də həyata keçirilir. Belə ki,
2019-cu il ərzində rayonun yaşayış məntəqələrindəki küçə və yollara 46886 kub metr qırmadaş tökülərək yayılmış, 87108 kv metr asfalt vurulmuş, 12591 p/m səki daşı düzülmüşdür. Yollarda səkilərə 1600 kv metr tamet döşənmiş, hasrlara 809 kv metr ağlay vurulmuşdur.
Bakı-Moskva dəmir yolunun 20,0 km-lik hissəsi, Bakı-Quba və Bakı-Şamaхı avtomagistral yollarının isə müvafiq olaraq 15,6 və 44,0 kilometrlik hissəsi rayon ərazisindən keçir.
Rayonda aşağıdakı infrastruktur layihələr həyata keçirilir:
• Bütün kənd və qəsəbələrin içməli su, təbii qaz, elektrik enerjisi təchizatının yaхşılaşdırılması, kanalizasiya sisteminin yenidən qurulması.
• Rayonda bir orta məktəbin əsaslı təmiri, 1320 yerlik on üç uşaq bağçası – körpələr evinin tikintisi.
• Rayon Mərkəzi xəstəxanası üçün müasir tələblərə cavab verən binanın tikintisi.
• Rayonun bütün yaşayış məntəqələrində sadə idman obyektlərinin inşası.
• Rayonun kənd və qəsəbələrarası, eləcədə məhəllədaхili yollarının asfaltlanması və yenidən qurulması, abadlıq işlərinin gedişinin intensivləşdirilməsi, yeni yaşıllıqların salınması, əhalinin sosial problemlərinin həlli istiqamətində təхirəsalınmaz tədbirlərin həyata keçirilməsi.
• Kənd təsərrüfatı məhsulları istehsalının (quşçuluğun, zeytunçuluğun, zəfərançılığın) inkişaf etdirilməsi.

Keçidlər