Rayon əhalisinə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində 2015-ci ildə bir sıra tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2012-ci il tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına Xırdalan şəhərində rayon Mərkəzi Xəstəxanası üçün binanın tikintisi davam etdirilir. Rayonun daxili imkanları hesabına Fatmayı kəndində 14 otaqdan ibarət iki mərtəbəli Poliklinika binası tikilərək sakinlərin istifadəsinə verilmişdir. Hökməli qəsəbəsinin “Atyalı” yaşayış massivində 11 otaqdan ibarət yeni binanın tikintisində isə son tamamlama işləri görülür.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən 2015-ci ilin fevral-may aylarında rayon sakinlərinin həkim müayinəsindən keçirilməsi tədbirləri aparılmışdır.
Bu baxımdan cənab Prezidentin təşəbbüsü və çağırışı əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Ötən il 206,4 min nəfər rayon sakinindən 201,3 min nəfəri tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı aşkar olunmuş xəstəliklərin vaxtında müalicəsi təmin edilmişdir. Bu tibbi müayinənin 2016-cı ildə də davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Şəkərli diabet, vərəm, onkoloji xəstəliklər, böyrək çatışmazlığı, talasemiya və hemofiliyalı xəstələrin dərman preparatları ilə təminatı ciddi nəzarətdə saxlanılmış, bu məqsədlə 700 min manatdan çox vəsait xərc edilmişdir.
Rayon Gigiyena və Epidemiolgiya Mərkəzi il ərzində yaşayış məntəqələrinin sanitariya təmizliyi ilə bağlı yoxlamalar keçirmiş, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər vermiş, yol verdikləri nöqsanlara görə 48 məsul şəxs cərimə edilmişdir. Ötən il həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, kütləvi yoluxucu epidemiyalara təsadüf olunmamışdır.
ABŞERON RAYON SƏHİYYƏ MÜƏSSİSƏLƏRİ HAQQINDA
MƏLUMAT
S/S | Xəstəxana və Poliklinikanın nömrəsi | Ünvanı | Baş həkimin soyadı adı və atasının adı | İş telefonları |
1. | Abşeron rayon Mərkəzi Xəstəxanası | AZ 0100 Xırdalan şəhər 28-ci məhəllə | Qaralova Mehriban Zahid qızı | 342-26-11 |
2. | Abşeron rayon Poliklinikası | AZ 0100 Xırdalan şəhər Qalubiyyə küç 5 | Baxşəliyev Nəriman Sadıq oğlu | 342-24-96 |
3. | Abşeron rayon Uşaq Poliklinikası | AZ 0100 Xırdalan şəhər Qalubiyyə küç 5 | Ukalayeva Adilə Zeynəddin qızı | 342-24-07 342-11-63 |
4. | Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi | AZ 0100 Xırdalan şəhər H.Əliyev prospekti, 185 | Musayev Faris Qurban oğlu | 342-28-11 |
5. | Saray qəsəbə Xəstəxanası | AZ 0121 Saray qəsəbəsi Novruz Aslanov küç 2 | Əliyev Natiq Telman oğlu | 344-17-03 |
6. | Qobu qəsəbə Xəstəxanası | AZ 0117 Qobu qəsəbəsi, Aşur Həsənbalayev küç 44 | Gülməmmədova Günəş Mikayıl qızı | 345-73-23 |
7. | Ceyranbatan həkim məntəqəsi | AZ 0112 Ceyranbatan qəsəbəsi, Nizami küç 1 | Həsənli Şəlalə Əmirərşad qızı | 344-42-72 |
8. | Digah həkim məntəqəsi | AZ 0127 Digah qəsəbəsi S.Vurğun küç 2 | Rüstəmova Mahizər Nəcəf qızı | 340-85-03 |
9. | Mehdiabad həkim məntəqəsi | AZ 0118 Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi | İsgəndərova Sevda İmran qızı | 343-20-93 |
10. | Hökməli həkim məntəqəsi | AZ 0115 Hökməli qəsəbəsi, M.Hüseynzadə küç 11 | Osmanova Hürü Bilal qızı | 342-11-61 |
11. | Aşağı Güzdək həkim məntəqəsi | AZ 0111 Aşağı Güzdək qəsəbəsi, T.Məmmədov küç 2 | Əhmədov Nasir Qurban oğlu | 345-00-02 |
12. | Güzdək həkim məntəqəsi | AZ 0114 Güzdək qəsəbəsi, Elman Heydərov küçəsi | Əliyeva Gülsüm Əli qızı | 345-43-02 |
13. | Fatmayı həkim məntəqəsi | AZ 0113 Fatmayı kəndi, Ə.Ağayev küçəsi | Zeynalova Sücayət Böyükağa qızı | 340-00-22 |
14. | Görədil həkim məntəqəsi | AZ 0122 Görədil qəsəbəsi, İlqar Yusifov küç 1a | Zeynalova Sücayət Böyükağa qızı | 340-61-97 |
15. | Məmmədli həkim məntəqəsi | AZ 0125 Məmmədli kəndi, Ə.Bayramov küçəsi 33 | Quliyev Şahbaz Qulam oğlu | 340-41-17 |
16. | Masazır həkim məntəqəsi | AZ 0116 Masazır kəndi, Əliağa Vahid küçəsi | Nuriyeva Zibaxanım Əlibəndə qızı | 347-67-25 |
17. | Novxanı həkim məntəqəsi | AZ 0119 Novxanı kəndi, Əsgər Əliyev küçəsi | Abbsova Könül Şamxal qızı | 348-34-44 |
18. | Pirəkeşkül həkim məntəqəsi | AZ 0120 Pirəkeşkül qəsəbəsi, Xoşbəxt Məmmədov küçəsi | Həsənova Risalə Novruz qızı | 345-60-56 |
19. | Qobustan həkim məntəqəsi | AZ 0124 Qobustan qəsəbəsi, C.Cabbarlı küç 8 | Həsənova Risalə Novruz qızı | 345-61-81 |