Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

Abşeron rayonunda  ötən il ərzində mədəni-kütləvi tədbirlərin təşkilinə diqqət artırılaraq tarixi hadisələr,  əlamətdar günlər qeyd olunmuş,  ədəbi-bədii gecələr və görüşlər keçirilmiş, həmin tədbirlər televiziya kanallarında və kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın , Mədəniyyət Nazirliyinin əməkdaşları, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı ən yaddaqalan tədbirlərdən biri oldu.

Qeyd edək ki, 26 Aprel 2019-cu il tarixində  Xırdalan şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında  keçirilən 2 hissəli  tədbirdə bölgələlərimizin mədəni irsi nümayiş olunub. 


Festivalın birinci hissəsi sərgiyə, ikinci hissəsi isə konsert proqramına həsr olunub. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi hissəsində çadırlar qurularaq,  şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri sərgilənib. Yaradıcılıq festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları, musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Rayon sakinləri bölgələrdə belə yaradıcılıq festivallarının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
Xüsusilə qeyd etmək istəyirik ki,  mədəni zənginlik, xalq sənətkarlığı irsi və incəsənət nümunələri ilə tanışlığa vəsilə olan yaradıcılıq festivalında regionlar üzrə tədbirin keçirilməsinə və təşkilatçılığa görə seçilən məhz Abşeron rayonu  olmuşdur.

 

Abşeron Rayon Mədəniyət Evləri haqqında
MƏLUMAT

s/s Müəssisənin adı Ünvanı Direktorun 
soyadı, adı, atasının  adı
İş telefonları
 
1  Rayon mədəniyyət evi Xırdalan şəhəri, Heydər Əliyev prospekti -247 Manafov İlham Atabala  oğlu  012-342-11-32
 
2 Mehdiabad qəsəbə mədəniyyət evi 20 yanvar küçəsi-22  Hüseynova Zəhra Rəfael qızı 012-343-17-98
 
 3 Ceyranbatan qəsəbə mədəniyyət mərkəzi Nizami küçəsi-22 Kərimov Vətən Heydər oğlu 012-344-51-36
 
4 Digah qəsəbə klubu H.Rəhmanov küçəsi-11 Kərimov Elnur Rayət oğlu Yoxdur
 
5 Hökməli qəsəbə klubu  A.Əhmədov küçəsi-34 Məlikov Fikrət Havadar oğlu 012-342-11-59
 
6 Fatmayı kənd klubu C.Cavadov küçəsi-41 Məmmədov Zakir Rəcəb oğlu Yoxdur
 
7 Məmmədli kənd klubu  Ə.Bayramov küçəsi -10 Cabbarov Qaçay Camal oğlu Yoxdur
 
8 Novxanı kənd klubu Ə.Abuzərov küçəsi-36 Quliyeva Səyad Sərdar qızı Yoxdur
 
9 Görədil kənd klubu Gənclər küçəsi-22 Qulamov Tarıverdi Bayram oğlu Yoxdur
 
10 Pirəkəşkül kənd klubu A.Namazov Küçəsi-7 Əsgərov Müsəllim  Adil oğlu Yoxdur
Keçidlər