Təhsilə dövlət qayğısının bariz nümunəsidir ki, 2013/2014-cü dərs ilində Xırdalan şəhərinin “Abşeron Gənclər Şəhərciyi”ndə 600, Mehdiabad qəsəbəsində 400 şagird yerlik yeni məktəb binası tikilmiş, Xırdalan şəhər 1 saylı tam orta məktəbi üçün 840, 4 saylı tam orta məktəbi üçün 400, 7 saylı tam orta məktəbi üçün 240, Aşağı Güzdək qəsəbə tam orta məktəbi üçün isə 200 şagird yerlik əlavə tədris korpusları tikilərək istifadəyə verilmişdir. Bundan əlavə Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbində əsaslı təmir işlərinə başlanılmışdır. Hazırda təmir işləri davam etdirilir.
Respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bağça tikintisi ilə bağlı təşəbbüsünə ürəkdən qoşulan Abşeron rayonunda ötən il daxili imkanlar hesabına 22 uşaq bağçasının tikintisinə başlanılmışdır. Xırdalan şəhərində iki, Ceyranbatan qəsəbəsində, Məmmədli kəndində uşaq bağçaları tikilərək artıq istifadəyə verilmiş, Masazır kəndində tikilmiş 6 qrupluq uşaq bağçasında isə son tamamlama işləri görülür. Rayonumuzun şəhər, qəsəbə və kəndlərində 17 uşaq bağçasının tikintisi hazırda davam etdirilir.
Rayonumuzda təhsil sahəsinə göstərilən hərtəfli diqqət və qayğıya pedaqoji kollektivlərimizin səmərəli fəaliyyətləri ilə cavab vermələri bizi sevindir. Əvvəlki dərs ilində olduğu kimi bu ildə ali məktəblərə qəbul imtahanlarında rayon məktəblərinin məzunları yüksək nəticələr əldə etmişlər. Keçən dərs ilinə nisbətən qəbul faizi 3.5 faiz artaraq 65 faiz təşkil etmişdir ki, bu da respublika göstəricisindən yuxarıdır. Ötən il ali məktəblərə sənəd vermiş 1215 nəfər məzundan 785 nəfəri tələbə adına layiq görülmüş, onlardan 81 nəfəri 500-dən, 33 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Saray qəsəbə 3 saylı tam orta məktəbinin iki nəfər məzunu təhsildə qazandıqları nailiyyətlərə gərə Təhsil Nazirliyi tərəfindən qızıl və gümüş medallara layiq görülmüş, hər iki məzun yüksək balla ali məktəblərə daxil olmuşdur. Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbin məzunu Məlikova Aysel Ənvər qızı isə qadınlar arasında keçirilən karete üzrə Avropa çempionatında birinci yeri tutduğuna görə imtahansız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. Xırdalan şəhər 1, 2 və 8 saylı, Qobu qəsəbə 3 saylı, Ceyranbatan qəsəbə 1 və 2 saylı, Saray qəsəbə 3 saylı, Mehdiabad qəsəbə 1 saylı, Güzdək, Hökməli qəsəbəsi,Məmmədli, Fatmayı kənd tam orta məktəbləri yüksək nəticələr əldə etmişlər.
Çox fərəhləndirici haldır ki, “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli Sərəncamına uyğun olaraq ötən il keçirilmiş müsabiqədə Xırdalan şəhər 2 saylı və Masazır kənd 2 saylı tam orta məktəbləri ilin ən yaxşı məktəbi adına, Mehdiabad qəsəbə 3 saylı tam orta məktəbin müəllimi Məmmədova Vüsalə Əsəd qızı və Masazır kənd 1 saylı tam orta məktəbin müəllimi Quliyeva Bilqeys Qüdrət qızı ilin ən yaxşı müəllimi adına layiq görülmüşlər.
Ötən il rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslər təşkil edilmiş və 2014-ci ilin oktyabr ayından isə bu dərslərin Heydər Əliyev Mərkəzində xüsusi cədvəl və proqram əsasında keçirilməsi təmin edilmişir. Hazırda bu işlər davam etdirilir.
ABŞERON RAYON ORTA MƏKTƏB VƏ INTERNATLAR HAQQINDA
MƏLUMAT
S/S | Məktəbin adı | Ünvanı | Direktorların soyadı,adı və atasının adı | İş telefonu |
1 | Xırdalan 1№li tam orta məktəb |
AZ 0100 M.Ə.Rəsulzadə küçəsi 5 |
Rzayev Kamran Əmir oglu |
342-20-54 342-95-96 |
2 | Xırdalan 2№li tam orta məktəb |
AZ 0101 Xırdalan şəhəri 28-ci məhəllə |
Camalova Ədalət Camal qızı |
408-32-62 342-33-40 |
3 | Bəxtiyar Yaqub oğlu Cəfərov adına Xırdalan 3№li məktəb-lisey |
AZ 0101 M.Hüseyinzadə küc,25-ci məhəllə |
Əliyeva Sevinc Əmirqulu qızı | 342-24-49 |
4 | Məmmədhəsən Adıgözəl oğlu Adıgözəlöv adına Xırdalan 4 №li tam orta məktəb |
AZ0100 Mir Qasımov küçəsi |
Hümbətova Zülfiyyə Qənbər qızı |
342-01-03 342-82-71 |
5 | Xırdalan 5№li tam orta məktəb |
AZ 0102 Quşçulluq massivi Vüsal Əliyev küçəsi |
Məmmədova Roza Allahyar qızı | 342-33-10 |
6 | Xırdalan 6№li tam orta məktəb |
AZ 0129 Mexkalon |
Babayev Pənah Məcnun oğlu | 342-04-15 |
7 | Xırdalan7№li tam orta məktəb |
AZ0102 Səttar Bəhlulzadə küçəsi 19 |
Orucova Zenfira Qaçay qızı | 342-43-67 |
8 | Xırdalan 8№li tam orta məktəb |
AZ0102 Xırdalan şəhər Rəşid Behbudov küşəsi |
Şabanova XatirəTelman qızı | 349-23-81 |
9 | Xırdalan 9№li tam orta məktəb |
AZ0101 Xırdalan şəhəri 28-ci məhəllə |
Ibrahimova Həcər Məmmədəli qızı |
408-32-86 349-58-77 |
10 | Hökməli tam orta məktəb |
AZ0115 Hökməli qəsəbəsi |
Bəndəliyev İsmayıl Nəriman oğlu | 342-11-56 |
11 | Qəzənfər Xalıqov adına Qobu 1№li tam orta məktəb |
AZ 0117 S.Vurğun küçəsi 33 |
Cəfərquliyev Cəbrayıl İmanqulu oğlu | 345-73-19 |
12 | Ənvər İbrahimov adına Qobu 2№li tam orta məktəb |
AZ0117 A.Həsənbalayev 23 |
Əmiraslanova Lətifə Novruz qızı | 345-73-41 |
13 | Hüseyn Axundov adına Qobu 3№li tam orta məktəb |
AZ0117 Qobu qəsəbə Yeni məhəllə |
Behbudova Xuraman Şəmil qızı | 418-32-74 |
14 | Mikayıl Ələkbərov adına Saray 1№li tam orta məktəb |
AZ 0121 Mikayıl Ələkbərov küçəsi |
Bayramov Asəf Əlayət oğlu |
344-11-68 344-04-93 |
15 | Azim Müzəffərov adına Saray 2№li tam orta məktəb |
AZ 0121 Mikayıl Müşfiq küçəsi |
Tahirov Ağası Səfər oğlu | 344-11-47 |
16 | Hüseyn Axundov adına Saray 3№li tam orta məktəb |
AZ 0121 Yeni Saray, Mircəlal küçəsi |
Hüseynova Təyyubə Yəhya qızı | 408-32-15 |
17 | Əlağa Vahid adına Masazır 1№li tam orta məktəb |
AZ 0116 Masazır kəndi |
Orucov Etibar Əli oğlu | 347-65-13 |
18 | Masazır 2№li tam orta məktəb |
AZ 0116 Z.Əliyeva küçəsi 35 |
Həsənova Sevil Köçəri qızı | 347-86-07 |
19 | Masazır 3№li tam orta məktəb |
AZ 0116 M.Cəlal küçəsi |
Novruzova Səidə Məhəmməd qızı |
408-60-73 417-96-82 |
20 | Ceyranbatan 1№li tam orta məktəb |
AZ 0112 Ceyranbatan qəsəbəsi |
Yusifov Yusif Kazım oğlu | 344-42-35 |
21 | Ceyranbatan 2№li tam orta məktəb |
AZ 0112 H.Əliyev küçəsi 60 |
Yusifova Kəmalə Qədir qızı | 408-02-26 |
22 | Mehdiabad 1№li tam orta məktəb |
AZ 0118 20 Yanvar küçəsi |
Ələsğərova Lamiyə Nazim qızı | 343-13-71 |
23 | Mehdiabad 2№ li tam orta məktəb |
AZ 0118 20 Yanvar küçəsi |
Qayıbov Bayram Bilman oğlu |
343-10-81 343-10-78 |
24 | Mehdiabad 3№li tam orta məktəb |
AZ 0118 Əlillər Massivi |
Camalova Afət Zakir qızı |
343-28-76 343-15-03 |
25 | Mehdi Hüseynzadə adına Novxanı kənd 1№li tam orta məktəb |
AZ 0119 Novxanı kəndi |
Paşayeva Taliyə Haşim qızı | 348-34-24 |
26 | Novxanı kənd 2№li tam orta məktəb |
AZ 0119 Z.Əliyeva küçəsi |
Kazımov Xanverdi Tağı oğlu | 408-32-65 |
27 | D.Bünyatzadə adına Fatmayi kənd tam orta məktəb |
AZ 0113 Fatmayı kəndi |
Nadirov Nuru Ağabala oğlu | 340-00-24 |
28 | İ.Yusifov adına Görədil kənd tam orta məktəb |
AZ 0122 Görədil kəndi |
Heydərova Rəmziyyə Mehdi qızı | 340-61-47 |
29 | Səxavət Məmmədov adına Diğah kənd tam orta məktəb |
AZ 0127 H.Rəhmanov küçəsi 9 |
Abdullayev Adil İdris oğlu | 340-85-43 |
30 | Məmmədli kənd tam orta məktəb |
AZ 0125 Məmmədli kəndi |
Abdıyev Elbəyi Baxşəli oğlu | 340-41-19 |
31 | Güzdək qəsəbə tam orta məktəb |
AZ 0114 Güzdək qəsəbəsi |
Dadaşov Qasım Cəlil oğlu | 345-42-01 |
32 | Səxavət Əzizov adına Aşağı Güzdək tam orta məktəb |
AZ 0111 Aşağı Güzdək qəsəbəsi |
Məmmədova Əntiqə Əlixan qızı | 345-00-14 |
33 | Əfqan Qadaşov adına Pereküşkül tam orta məktəb |
AZ 0120 Pereküşkül hərbi şəhərciyi |
Qasımova Turə İbrahim qızı | 408-21-79 |
34 | Allahverdi Novruzov adına Çaylı kənd tam orta məktəb |
AZ 0124 Çaylı kəndi |
Behbudova Esmira Şafa qızı | 345-60-47 |
35 | Qobustan ümumi orta məktəb |
AZ 0124 Qobustan kəndi |
Nağdəliyev Rafəddin Əlyar oğlu | 345-60-02 |
36 | Əliqulu qışlaq ümumi orta məktəb |
Əliqulu qışlaq kəndi |
Şəkərəliyev Akif Şəkərəli oğlu | |
37 | Saray 7№li internat məktəbi |
AZ 0121 Axundov küçəsi |
Əsədova Qətibə Yəhya qızı | 344-10-99 |