Şriftin ölçüsü :

Saytın rəngi :

İlyasov Fərid İbad oğlu

  Soyad: İlyasov
Ad: Fərid
Ata adı: İbad oğlu
Doğum tarixi: 20.07.1999
Şəhid olub: 30.10.2020
Rütbə: MAHHXHQ əsgər

 

 

Fərid İlyasov 20 iyul 1999-cu ildə doğulub. Əslən Laçın rayonunun Hacılar kəndindən olan 21 yaşlı xüsusi təyinatlımız Qarabağ torpağında düşmənə sarsıdıcı zərbələr vurub.
2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda Laçın Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Beyləqan ərazisində yerləşən "N"saylı hərbi hissəsində əsgər olub və 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub. Fərid hərbi xidmətdən döndükdən sonra saç ustası işləyib.
Naxçıvan Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayan Fərid 2 ildən çox idi ki,xidmət edirdi.
2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsinin 12-ci günündə Naxçıvandan Qarabağa döyüşə aparılıb.
F.İlyasov 2020-ci il oktyabrın 30-da Şuşa ətrafı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Bakı şəhərində İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun yanında dəfn olunub.
Fərid İlyasov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə", "Şuşanın azad edilməsinə görə" və "İgirdliyə görə" medalları ilə təltif olunub.

Keçidlər