Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənov Cavid Mikayıl oğlu

  Soyad: Həsənov
Ad: Cavid
Ata adı: Mikayıl oğlu
Doğum tarixi: 06.03.1993
Şəhid olub: 20.10.2020
Rütbə: Əsgər

 

 

Cavid Həsənov 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub. 1999-2006-cı illərdə Nizami rayonunda V. Sadıqov adına 214 nömrəli tam orta məktəbdə, 2006-2010-cu illərdə isə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb. Cavid Həsənov 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub.
Cavid Həsənov 2011-2014-cü illərdə Digital Service Company LLC-də müştəri xidmətləri təmsilçisi vəzifəsində çalışıb. 2016-2018-cı illərdə Socar AQŞ LLC-də köməkçi işçi vəzifəsində, 2018-2019-cu illərdə “EasyDrill” LLC-də qazma mühəndisi vəzifəsində, 2019-2020-ci illərdə isə National Oilwell Varco LLC-də qazma həlləri üçün mühəndis vəzifəsində çalışan Cavid Həsənov, ingilis və rus dillərini sərbəst bilirdi.
Cavid Həsənov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Cavid Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Həsənov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub.
II Fəxri Xiyabanda dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Keçidlər