Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Abşeron rayonu Azərbaycan Respublikasının ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir.
Abşeron rayonunun ərazisi 1966,1 kv km-dir. Qeydiyyatda olan əhalinin sayı 01.01.2016-ci il tarixə 208,2 min nəfər, icra hakimiyyətinin araşdırmalarına əsasən isə 350 min nəfərdən artıqdır.
Məşğul əhalinin əsas hissəsi heyvandarlıqla, rayonda, Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən istehsal müəssisələrində digər istehsal, ticarət, ictimai iaşə, хidmət sahələrində çalışır və fərdi əməklə məşğul olurlar.
Abşeron rayonu 15 inzibati ərazi dairəsindən (Хırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək qəsəbələri və Məmmədli, Novхanı, Masazır, Fatmayı, Görədil Pirəkəşkül-Qobustan kəndlərindən) ibarətdir.
Rayon ərazisində 64 idarə və müəssisə, 11 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanхana və otel fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisələr olan «Azbentonit» MMC (589 nəfər) «Bakı Baltika» MMC (256 nəfər) «Mətanət-A» MMC (175 nəfər) işçisi vardır.
Hazırda rayon üzrə məşğul əhalinin sayı 123637 nəfərdir. O, cümlədən sənayedə çalışanların sayı 4120 nəfər, tikintidə 3271 büdcə təşkilatlarında 10326 nəfər, təhsildə 4121 nəfər, səhiyyədə 1020 nəfər digər sahələrdə 105920 nəfərdir.
 

Keçidlər