Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda şəhidlərimizə il mərasimi keçirildi

04 noyabr 2021 | 16:00

Azərbaycanın bütövlüyü uğrunda silaha salıralaraq qəhrəmancasına döyüşən, öz canını vətəninə qurban verən əsgər Əhmədov Bəhruz Səttar oğlu və kiçik çavuş Məmmədov İlkin Abdulla oğlunun il mərasimi keçirilib. İl mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron Polis İdarəsi rəisinin köməkçisi Elnur Zeynalov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıblar.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.

Keçidlər