Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 27 sentyabr - Anım Günü qeyd edilib

27 sentyabr 2021 | 16:00

Abşeron rayonunda 27 sentyabr - Anım Günü qeyd edilib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçəılar əvvəlcə rayon ərazisində geniş ağacəkmə aksiyası keçiriblər. 520 ədəd şam və zeytun ağacları əkilib. Bundan sonra iştirakçılar Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin əziz xatirəsi anılıb, məzarları üzərinə tər çiçəklər düzülüb.
Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış “Şəhidlərin xatirəsinə” Memorial Kompleks ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Abşeron rayon Mədəniyyət Mərkəzinin hazırladığı bəii hissə ilə davam etdirilib. İncəsənət nümayəndələrinin hazırladığı müxtəlif nömrələr, vətənpərvərlik şeirləri və mahnıları oxunub.
Sonda İ.Gülməmmədova şəhid ailələri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.

Keçidlər