Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Dövlət Qulluqçularının peşə bayramı qeyd edilib

23 iyun 2021 | 16:00

Abşeronda Dövlət Qulluqçularının peşə bayramı qeyd edilib
23 İyun Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə Abşeron rayon İcra Hakimiyyətində tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova dövlət qulluqçularını təbrik edərək, onlara faəliyyətlərində uğurlar arzulayıb. Abşeronda görülən işlərdən, əldə edilən uğurlardan danışan başçı rayon əhalisinin sayının günü-gündən artdığını, bunun təbii nəticəsi olaraq müəyyən sosial problemlərin yarandığını bildirib. Əhalinin üzləşə biləcəyi problemlərin vaxtında araşdırılıb tapılmasının və onların vaxt itirilmədən həll olunmasının vacibliyini qeyd edən İ.Gülməmmədova əlavə edib ki, bütün bu proseslər daha böyük səylə çalışmağımızı labüd edir. Dövlət qulluqcularının üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayan başçı onların əhali ilə ünsiyyətinə, geyim tərzinə diqqət yetirməsinin vacibliyini qeyd edərək, etik normalara riayət etməli olduqlarını söyləyib.
Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron RİH başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbrahimov Müseyib Çoban oğlu “Tərəqqi” medalı ilə təltif edilib.
Bundan sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova rayonun ictimai həyatındakı səmərəli fəaliyyətlərinə görə, bir qrup dövlət qulluqçusuna Fəxri Fərman təqdim edib.

 

Keçidlər