Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron RİH yanında İctimai Şuranın könüllüləri ilə görüş keçirilib.

09 iyun 2021 | 16:00

Tədbirdə İctimai Şuranın əməkdaşları, ASAN xidmət mərkəzinin könüllülər üzrə nümayəndəsi, Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru, Abşeron Gənclər və İdman İdarəsinin rəisi və könüllülər iştirak edib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
İctimai Şuranın sədri çıxış edərək bildirmişdir ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda da bu idoelogiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir,  2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması könüllülərə verilən daha bir yüksək qiymətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarından və dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gələrək dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə İctimai Şura da könüllü mərkəzinin yaradılması barədə təşəbbüs göstərmişdir.
Daha sonra İctimai Şuranın görüdüyü işlərdən, 19 may 2021-ci il tarixində yaradılan İctimai Şuranın könüllü mərkəzindən və könüllülərlə birlikdə icra ediləcək layihələrdən söz açdı.
ASAN xidmət mərkəzi könüllülər üzrə nümayəndəsi çıxış edərək könüllülük fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi. Təlim zamanı könüllülər, qanunvericiliyə uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməsi, vurduğu maddi ziyana görə məsuliyyət daşıması, fəaliyyət göstərdiyi təşkilatın nizam-intizam qaydalarına riayət etmələri, könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin təşkilatçılarının müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmələri, qanunvericiliklə müəyyən olunmuş konfidensial informasiyanı gizli saxlamaqları haqqında məlumatlandırılıb.
Daha sonra tədbirdə iştirak edən digər qonaqlar öz çıxışları zamanı könüllülük fəaliyyəti və müqavilə müddəti ərzində  İctimai Şuranın könüllü mərkəzi ilə digər qurumların birgə  əməkdaşlığından danışdılar və könüllülərə uğurlar arzuladılar.
Sonda ASAN xidmət mərkəzi könüllülər üzrə nümayəndəsi Rəşad Məmmədova  təşəkkürnamə təqdim olundu.

Keçidlər