Şriftin ölçüsü :

Saytın rəngi :

Hökməli qəsəbəsində abadlıq-quruculuq işləri həyata keçirilir

22 aprel 2021 | 16:00

Abşeron rayonunun Hökməli qəsəbəsində böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən təmir-absadlıq işləri qəsəbənin girəcəyindən başlayaraq daxili küçələrinə qədər olan böyük əraziləri əhatə edir. Belə ki, qəsəbənin girəcəyində olan arka təmir olunaraq aqlay daşlarla bəzədilib və ağardılıb. Əliyağa Vahid və Nəriman Nərimanov kimi əsas küçələr tamamilə yenidən qurulub, asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Bu küçələr boyunca uzanan hasarlar sıvanıb, divarlar və darvazalar rənglənib. Eləcə də qaz boruları və işıq dirəkləri də rənglənib. Qəsəbə məişət tullantılarından tam şəkildə təmizlənib. Küçə boyu həmişəyaşıl gül kolları və müxtəlif növ ağacların əkilməsi üçün aidiyyatı üzrə sifarişlər verilib.

Keçidlər