Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova II Qarabağ müharibəsində döyüşən 8 müəllimi mükafatlandırdı

15 mart 2021 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova II Qarabağ müharibəsi zamanı könüllü şəkildə döyüşən Çağrışaqədərki Hazırlıq (Hərbi Hazırlıq) müəllimləri ilə görüşərək onlara Fəxri Fərmanlar təqdim edib. RİH binasında baş tutuan görüşdə İ.Gülməmmədova bildirib ki, Abşeronda fəaliyyət göstərən orta məktəblərdə Çağrışaqədərki Hazırlıq fənnindən dərs deyən 8 müəllim Vətən Müharibəsinə könüllü şəkildə qoşularaq ölkəmizin bütövlüyü uğrunda mübarizə aparıb, şagirdlərə örnək, nümunə olublar. Müəllimlərin bu addımının uşaqlara vətənpərvərlik hisslərinin aşılanmasında böyük əhəmiyyət daşıdığını vurğulayan başçı qeyd edib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olundu. Başçı əlavə edib ki, şəhidlərimizin, qazilərimizin, ümumən bütün hərbçilərimizin şücayəti sayəsində 30 il həsrətini çəkdiyimiz dədə-baba yurdlarımıza qovuşmuşuq.
Sonra Çağrışaqədərki Hazırlıq fənnini tədris edən müəllimlər keçdikləri döyüş yolundan danışaraq torpaqlarımızın azadlığı uğrunda bundan sonra da hər an silaha sarılmağa hazır olduqlarını qeyd ediblər. Müharibə dövründə Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cəbhəyə göndərilən yardımlardan danışan keçmiş döyüşçülər bu kimi tədbirlərin böyük əhəmiyyət daşıdığını deyiblər.
Sonda könüllü şəkildə döyüşlərə qatılan 8 müəllimə Fəxri Fərman təqdim olunub.

Keçidlər