Şriftin ölçüsü :

Saytın rəngi :

İ.Gülməmmədova şəhidin doğum günündə onun məzarını ziyarət edib ailəsi ilə görüşdü

04 fevral 2021 | 16:00


Bu gün II Qarabağ müharibəsində qəhrəmancasında döyüşərək şəhid olan Nəcəfov Şamil Rəfi oğlunun doğum günüdür. Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və ictimaiyyət nümayəndələri şəhidin uyuduğu Saray qəsəbəsindəki Şəhidlər Abidəsini ziyarət edib. Burada şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib, məzarları üzərinə çiçəklər düzülüb.
Bildirilib ki, 04.02.1997-ci ildə anadan olan Şamil Nəcəfov II Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində, Daşkəsən - Kəlbəcər arası ərazilərdə gedən döyüşlərdə iştirak edir. Yaralıların döyüş bölgəsindən çıxarılması, onlara ilk yardımın göstərilməsi, düşmənin döyüş texnikasının məhv edilməsində xüsusi qəhrəmanlıq göstərib. Oktyabrın 1-də düşmən üzərinə hücuma keçərkən namərd gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Döyüşçü dostları onu igid, cəsarətli, savadlı, verilən hərbi tapşırıq və əmrləri vaxtında və yüksək səviyyədə yerinə yetirən bir qəhrəman kimi xarakterizə edirlər.
Ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətdə qazandığı uğurlara görə” medallara layiq görülüb.
İcra başçısı şəhidin ailə üzvləri və anası Gülşən xanımla görüşərək onların qayğıları, problemləri ilə maraqlanıb.
Şəhid anası dövlət tərəfindən daim diqqət və qayğı gördüyünü, ümumilikdə ölkədə müharibə iştirakçılarının hamısına xüsusi yanaşıldığını vurğulayaraq buna görə cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirib. RİH tərəfindən tez-tez problemləri ilə maraqlanıldığını vurğulayaraq lazimi köməkliklərin göstərildiyini qeyd edib.
Allah şəhidlərimizə rəhmət eləsin.

Keçidlər