Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon İcra Hakimiyyətinin başcısı İradə xanım Gülməmmədovanın tapşırıq və göstərişlərinə əsasən icra hakimiyyətinin əməkdaşl Elçin Quliyev Saray qəsəbəsində olub

25 sentyabr 2020 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başcısı İradə xanım Gülməmmədovanın tapşırıqlarına əsasən mütəmadi olaraq İcra Hakimiyyətinin əməkdaşları yerlərdə icra nümayəndələri, bələdiyyə üzvləri və sakinlərlə görüşürlər. İcra Hakimiyyətinin əməkdaşı Elçin Quliyev növbəti müzakirəni Abşeron rayon Saray qəsəbəsində keçirib. Qəsəbənin 3 saylı tam orta məktəbinin direktoru Teyyibə Hüseynova pandemiya dövründə məktəbdə şagirdlərin gigiyenik qaydalara necə əməl etməsi və onlayn dərslər haqda məlumat verib. Daha sonra Saray qəsəbə xəstəxanasında olan Elçin Quliyen rayon icra başcısının tövsiyyə və tapşırıqlarını baş həkim Natiq Əliyevə çatdırıb. Gündəlik sosial məsələlərin tez bir zamanda həllinə çalışmaq, vətəndaş məmnunluğuna nail olmaq və İcra başcısı İradə xanım Gülməmmədovanın göstərişlərini həyata keçirmək haqqında müzakirələr qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndə Bayram İbrahimov və bələdiyyə sədri Məhi Həsənov  ilə davam etdirilib.

Daha ətraflı videoda

 

 

Keçidlər