Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda sərt karantin rejiminə riayət olunur

07 iyun 2020 | 16:00

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, ölkənin 4 şəhər və 1 rayonunda sərt karantin rejimi tətbiq edilir. Onların sırasında Abşeron rayonu da yer alıb. Həftəsonu məhdudiyyətlərinin tətbiqinin artıq ikinci gününü yaşayırıq.

İyunun 6-sı saat 00:00-dan ayın 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Abşeron rayonunun inzibati mərkəzi - Xırdalan şəhərinin, qəsəbələrin və kəndlərin həyatı sanki sönüb, yalnız zəruri sahələrdə işləyən insanları görmək mümkündür. Fotolarda daim sıxlıq müşahidə olunan küçə və prospektlərin sərt karantin rejimi ilə əlaqədar boş olduğu müşahidə edilir.

Keçidlər