Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda qışa hazırlıq işləri müzakirə olundu

06 dekabr 2018 | 16:00

Abşeron rayonunda əhalinin keyfiyyətli elektrik enerjisi, su və təbii qazla təminatı hər zaman diqqət mərkəzində saxlanılır. Qış mövsümü ilə əklaqədar bu məsələlər daha da aktuallaşdırıb. Ona görə də bu gün Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.

İclasda Abşeron rayonunun idarə, müəssisə və təşkilatlarının payız-qış mövsümünə hazırlığı, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təminatı məsələləri geniş müzakirə olunub.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qeyd edib ki, elektrik enerjisi və təbii qaza olan tələbatı ödəmək, təmirə ehtiyacı olan yaşayış binalarını müəyyənləşdirmək, təhsil və səhiyyə müəssisələrini normal istiliklə təchiz etmək, su-kanalizasiya xətlərinin hazırlıq vəziyyətini araşdırmaq, mövsüm ərzində bu növ xidmətlərlə əlaqədar ortaya çıxa biləcək digər problemləri aradan qaldırmaq məqsədi ilə işçi qrupları, konkret tədbirlər planı hazırlanaraq əlaqədar xidmət təşkilatlarına göndərilib.

Xanım başçı çıxışında həmçinin qeyd edib ki, sakinlərin qaz, işıq və içməli su təminatında heç bir problem olmamalı, havaların soyuması kommunal və xidmət təşkilatlarının işində fasilələr yaratmamalıdır.

Şura iclasında çıxış edən idarə, müəssisə və təşkilat rəhbərləri növbəti payız-qış mövsümünə görülən hazırlıq işləri, qarşıda duran vəzifələr barədə məlumat veriblər.
İclasda aidiyyəti təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilib.

Diqqətə çatdırılıb ki, mövsümə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi təmin edilməli, istismara yararsız, standartlara uyğun gəlməyən, bir çox hallarda qəzalara səbəb olan elektrik avadanlıqları və xətləri təzələnməlidir. Əhalinin davamlı və dayanıqlı təbii qazla təminatı üçün qaz təchizatı sistemində texniki baxışın qısa müddətdə həyata keçirilməsi, nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılması, istismara yararsız qaz xətləri və avadanlıqlarının müəyyən edilərək təzələnməsi vacibdir.

İ.Gülməmmədova rayon ərazisində məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi ilə bağlı da tapşırıq və tövsüyələrini verib.

Şura iclasında payız-qış mövsümünə hazırlıqla bağlı şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin qarşısında da mühüm vəzifələr durduğu diqqətə çatdırılıb.

Şura içlasını yekunlaşdıran xanım başçı payız-qış mövsümü ilə əlaqədar görülən tədbirlərin vacibliyini diqqətə çatdıraraq bu sahədə işlərin davamlı olaraq aparılması, eləcə də yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı əlaqədar məsul şəxslərə tövsiyyə və tapşırıqlarını verib.

Keçidlər