Şriftin ölçüsü :

Saytın rəngi :

“Bilik Günü”ndə yeni məktəb binası şagirdlərin istifadəsinə verildi

15 sentyabr 2018 | 16:00

Abşeron rayonunun təhsil ocaqlarında əsl bayram təntənəsi yaşanıb. “Bilik Günü”də ən müasir tələblər səviyyəsində Mehdiabad qəsəbəsində inşa edilən 5 nömrəli tam orta məktəbin yeni binasının şagirdlərin istifadəsinə verilməsi isə bu növrağı daha da qürurlandırıb.

Yeni təhsil ocağının istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbiri məktəbin direktoru Samirə Əkbərova açıb. O, məktəbin pedaqoji və şagird kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, Məktəbin tikintisinə 2016-cı ildə başlanılıb 2017-ci ildə yekunlaşıb. Məktəbin ümumi ərazisi 1.17 ha, tikilinin ümumi sahəsi 9888.64 kv.met., tikilialtı sahəsi isə 4106 kv.met.-dir. Məktəb, ümumi sinif otaqlarının sayı 50 ( əlli) ədəd olmaqla, 1200 şagird yerlikdir. Məktəbdəki kimya, fizika və biologiya daxil olmaqla 4 ədəd laboratoriya otaqları, 6 ədəd komputer ( İKT ) otaqı vardır. Məktəbdə 112 yerlik, sahəsi 246 kv.met. olan yeməkxana; 74 yerlik, sahəsi 228 kv.met. olan kitabxana, 294 yerlik, sahəsi 465 kv.met. olan akt zalı, sahəsi 468kv.met. olan idman zalı mövcuddur.Məktəb ərazisində geniş idman meydançası,9 ədəd sanitar qovşağı, 1 ədəd qazanxana, 1 ədəd nasosxana, 1 ədəd içməli su anbarı, 1 ədəd KTY-250 tipli transfomator yarımstansiyası vardır.


Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva şagirdləri və müəllim kollektivini təbrik edərək ölkəmizin hər bir yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli, vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. O, bu il məktəb həyatına ilk dəfə qədəm qoyan birincilərə dövlətimiz və cəmiyyətimiz üçün layiqli, savadlı vətəndaş olaraq yetişmələrini arzulayıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova pedaqoji kollektivi yeni dərs ili münasibətilə təbrik edərək onlara uğurlar diləyib. Son illər Respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs edib.

Xanım başçı vurğulayıb ki, 2017-2018-ci dərs ili məzunlarının ali məktəblərə qəbul göstəriciləri keçən illərə nisbətən yüksəlib. Belə ki, bu il 2060 məzun olub. Onlardan 59-u fərqlənmə attestatı alıb. 1754 məzun sənədlərini ali məktəbə qəbul komissiyasına təqdim edib. Abituriyentlərin 1306 nəfəri, yəni 74,4 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplayan tələbələrin sayının artdığın bildirən xanım  İ. Gülmmədova,  95 nəfərin yüksək nəticə əldə etdiyini vurğulayıb. Xüsusilə qeyd edib ki, rayonda üç ildir ardıcıl olaraq məzunlar ali məktəblərə qəbul zamanı 700 bal toplayırlar. Ötən dərs ilində 1 nəfər olduğu halda, bu il 2 nəfər - Xırdalan şəhər 9 nömrəli və Ceyranbatan 1 nömrəli tam orta məktəbin məzunları Elgün Zamanlı və Rüstəm Qarayev ali məktəbə ən yüksək balla qəbul ediliblər.

İcra Başçısı çıxışının sonunda Abşeron rayonuna göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab  İlham Əliyevə rayon sakinləri adından minnətdarlığını bildirib. Həmçinin pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə, onları ulu öndər Heydər Əliyevin ideyalarına, Azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləyib.

Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

Keçidlər