Şriftin ölçüsü :

Saytın rəngi :

İşsizlərin nəzərinə: Xırdalanda əmək yarmarkası keçiriləcək

11 sentyabr 2018 | 16:00

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sentyabrın 14-də saat 10:00-da Xırdalan şəhərində (Abşeron rayon Mədəniyyət Mərkəzinin foyesi) işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkası keçiriləcək.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının təşkili işləri davam etdirilir.

Dövlət Məşğulluq Xidməti növbəti əmək yarmarkasını sentyabrın 14-də Abşeron rayonunda keçirəcək. Abşeron rayon Mədəniyyət Mərkəzində saat 10:00-da təşkil olunacaq yarmarkada dövlət və özəl sektora məxsus müəssisəllərdə boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək. Həmin müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyən şəxslər qeydiyyata alınacaq.

 

Keçidlər