Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Zeynəb Xanlarova Abşeron rayonunda seçiciləri ilə görüşüb

01 iyun 2018 | 16:00

Bu gün millət vəkili Zeynəb Xanlarova Abşeron rayonunda seçiciləri və rayon ziyalılları ilə görüşüb. Vətandaşları narahat edən məsələlərlə dərindən maraqlanan millət vəkili onları maraqlandıran suallara da cavab verib.

Rayon İcra Hakimiyyətində baş tutan görüşdə əvvəlcə Qobu qəsəbə Uşaq İncəsənət məktəbinin tar sinfinin şagirdi Nihat Quliyevin tarda ifa etdiyi “Şur” muğamı dinlənilib. Məlumat verilib ki, Nihat Təhsil, Mədəniyyət nazrliklərinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş ümümtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların III Respublika müsabiqəsində onyaşlılar arasında düzənlənən müsabiqənin qalibi adını qazanıb. Millət vəkili yeniyetmə tar ifaçısı Nihat Quliyevə fəxri fərman təqdim edib.

Sonra seçicilərdən rayonun Ceyranbatan qəsəbə sakini Arif Sadıqov, Qobu qəsəbə sakini Cəbrayıl Cəfərquliyev, Xırdalan şəhər sakini İlham Manafov və digərləri rayon sakinləri və ziyalılları adından dövlətimizin başçısına minnətdarlığını bildirərək, Abşeron rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən söz açıblar. Çıxışçılar rayon ərazisində böyük abadlıq işlərinin görüldüyünü, bir çox sosial yonümlü problemlərin tam şəkildə aradan qaldırıldığını qeyd ediblər. Bununla yanaşı Qobu, Aşağı Güzdək və eləcə də digər kənd və qəsəbələrinin bəzilərinə verilən təbii qazın təzyiqinin aşağı olmasını qeyd ediblər. Rayon ziyalılları Abşeron rayonunun kənd və qəsəbələrində, rayonun inzibati mərkəzi olan Xırdalan şəhərində son illər tikinti-quruculuq, abadlıq işlərinin böyük vüsətlə və şövqlə görüldüyünü vurğulayıblar. Bildirilib ki, bu quruculuq estafeti bu gün də əvvəlki əzmlə və bir qədər də geniş miqyasda davam etdirilir.

Z.Xanlarova seçicilər tərəfindən bildirilən problemlərlə bağlı aidiyyatı təşkilatlar qarşısında məsələ qaldıracağını deyərək onların həlli istiqamətində çalışacağını söyləyib.

Abşeron rayonunda çox böyük işlərin görüldüyünü, Xırdalan şəhərinin və eləcə də kənd və qəsəbələrin günü-gündən inkişaf etdiyini qeyd edən millət vəkili rayon əhalisinin surətlə atması səbəbindən bəzi sosial məsələlərin ortaya çıxmasının təbii hal olduğunu vurğulayıb. Dövlətin bu problemləri qarşılamaq iqtidarında olduğunu, yaxın zamanlarda aradan qaldırılacağını deyən Z.Xanlarova hər bir insan üçün xalqına, vətəninə xidmət etməyin ən böyük amal olduğunu bildirib.

Keçidlər