Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın “QARABAĞ QAZİLƏRİ” futbol komandası Gürcüstanın “TİBİLİSİ” komandasına qalib gəldi

10 may 2018 | 16:00

Bu gün Abşeron Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubiliyenə həsr olunan “QARABAĞ QAZİLƏRİ” ambutant futbol komandası ilə Gürcüstan Respublikasının Avropa çempionu olmuş veteranlardan ibarət ambutant “TİBİLİSİ” komandası arasında beynəlxalq yoldaşlıq paraolimpiya yarışı keçirilib. Azərbaycan Respublikasının Şəhid, Əlil və Veteranlar Birliyinin Təşkilat komutəsi tərəfindən Azərbaycanda ilk dəfə olaraq yaradılan fiziki cəhətdən məhdud Horadiz əməliyyatı qəhramanlarından və Aprel döyüşləri iştirakçılarından ibarət “QARABAĞ QAZİLƏRİ” Gürcüstanlı həmkarları üzərində öz güclərini sınayıblar. Qeyd edək ki, Tədbirin məqsədi düşmənə ordumuzun və xalqımızın əzəmətini və Ali Baş komandanın bir əmri ilə hər an döyüşə hazır olmalarını göstərməkdir.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Şəhid, Əlil və Veteranlar Birliyinin Təşkilat komutəsinin sədri Rövşən Quliyev və AFFA-nın əməkdaşları, Azərbaycan Respublikasının Milli qəhrəmanları, Qarabağ müharibəsi veteranları, KİV nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

Yarışdan əvvəl Olimpiya İdman Kompleksinin foyesində abşeronlu gənclərin Ümummilli liderə həsr etdikləri əl işləri və rayon idmançılarının nailiyyətləri sərgilənib.
Yarışın rəsmi hissəsi başlamamışdan öncə Ümummilli lider Heydər Əliyevin və xalqımızın müstəqilliyi, azadlığı uğrunda qəhrəmancasına döyüşmüş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan və Gürcüstan respublikalarının dövlət himni səsləndirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçı İradə Gülməmmədova çıxış edərək bildirib ki, hər bir xalqın tarixində onun azadlığı, müsəqilliyi, inkişafı uğrundə misilsiz xidmətləri olan tarixi, bəşəri şəxsiyyətləri vardır. Onun sözlərinə görə, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev də öz ömrünü vətəninin, xalqının gələcəyinə, onun suverenliyinə, dövlətçiliyinə həsr etmiş böyük şəxsiyyətdir: “Məhz Ulu Ödərin həyata keçirdiyi və bizə miras buraxdığı daxili və xarici siyasət nəticəsində Azərbaycan günü – gündən inkişaf edir, öz qapılarını qonşulara, dostlara açır. Heydər Əliyevin xarici siyasət fəlsəfəsinin əsas qayəsini təşkil edən qardaşlıq, dostluq, bərabər inkişaf və qarşılıqlı əlaqələrin baris nümunəsinə bu gün burada hamılıqla şahidi oluruq. İndi də bu siyasət cənab Pezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda keçirilən bu futbol yarışı da xalqlarımızın dostluğundan, dövlətlərimizin yüksək səviyyədə olan əlaqələrindən xəbər verir”.

Azərbaycan torpaqlarının 20 faizinin erməni qəsibkarları tərəfindən işğal olunduğunu və müharibə nəticəsində bir çox soydaşımızın öz həyatlarını və sağlamlıqlarını itirdiklərini qeyd edən icra başçısı vurğulayıb ki, Azərbaycan höküməti hər zaman Qarabağ şəhidlərinin ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərmişdir: “Onların sosial problemlərinin həllinə çalışmış, sağlamlığını itirmiş müharibə əlillərinin cəmiyyətə inteqrasiyası istiqamətində əməli addımlar atmışdır. İnanıram ki, bu yarış da müharibə əlillərinin cəmiyyətdə rolunun daha da artmasına, onların asudə vaxtlarının səmərəli keçirməsinə, idmanla daha yaxından məşğul olmasına öz tövhəsini verəcəkdir. Qoy bu yarışda dostluq, qardaşlıq qalib gəlsin”.

Sonra ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov çıxış edərək idmançılara uğurlar arzulayıb. O, vurğulayıb ki, Şəhid, Əlil və Veteranlar Birliyi 1999-cu ildə yaradılıb və əsas məqsədi Ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm ki, Azərbaycanlıyam” fəlsəfi fikri ilə gələcəyə addımlayan gəncləri maarifləndirmək və bu yolda daima fəaliyyət göstərməkdir.

Daha sonra yarışa start verilib.

Komandalar hər biri 20 dəqiqədən ibarət iki hissədə mübarizə aparıb. Azərbaycan “QARABAĞ QAZİLƏRİ” komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıb. Görüş 3:2 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb.

Yarışın sonunda Təşkilat komutəsi tərəfindən qaliblər mükafatlandırılıb.

 

Keçidlər