Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalan şəhərində səhiyyə işçilərinin peşə bayramı qeyd edilib.

17 iyun 2017 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan bayram tədbirində rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və rayonun tibb ocaqlarının həkim kollektivləri iştirak ediblər.

Abşeron rayonunda, eləcə də respublika ərazisində fəaliyyət göstərən səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik edən İradə Gülməmmədova gələcəkdə bu cür bayramların Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda da qeyd edilməsini arzu edib. Rayonun səhiyyə sahəsində əldə olunan inkişaf və uğurlardan danışan başçı 20 il əvvəlki mənzərə ilə bugünki səviyyəni müqayisə edib . O vaxtlar rayon ərazisində fəaliyyət göstərən tibb məntəqələrinin yararsız olduğunu qeyd edən İ.Gülməmmədova əlavə edib ki, son 12 ildə Abşeronda yeni-yeni poliklinikalar, ambulatoriyalar tikilib, köhnə tibb məntəqələri isə əsaslı şəkildə təmir olunaraq əhalinin istifadəsinə verilib. Hazırda Abşeron rayonunda 500 mindən çox sakinin yaşadığnı və onlara 1000-ə yaxın həkimin xidmət göstərirdiyini vurğulayan İradə Gülməmmədova , rayon İcra aparatına əhalidən səhiyyə sahəsi ilə bağlı şikayətin daxil olmadığını, hətta Bakı şəhər sakinlərinin Abşeron həkimlərinə müraciət etdiyini, yerli həkimlərin yüksək savada malik olduğunu bildirib.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova 17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə rayonun səhiyyə işçilərini təbrik edib. M.Qaralova qeyd edib ki, bu bayramı səhiyyə işçilərinə mərhum prezident Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bəxş edib. Səhiyyə işçilərinin bayramı Azərbaycan Xalq Cümhuriyyəti zamanı 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf etdiyinə görə bu gün peşə bayramı kimi qeyd olunur.

Səhiyyə sahəsinə göstərilən dövlət qayğısına toxunan M. Qaralova möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi və təşəbbüsü ilə yeni-yeni tibb müəssisələrinin yaradılmasının, mövcud olanların təmir-bərpasının bu gün səhiyyə işçilərinə öz şərəfli peşələrini layiqincə yerinə yetirmələri üçün geniş imkanlar yaratdığını iştirakçıların diqqətinə çatdırıb.

Bayram tədbirində çıxış edən Gigiyena və Epidemiologiya Mərkəzinin drektoru Məhərrəm Abdulov tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat verib.

Sonra Rayon Rayon Xəstəxanasının həkimləri-Nasir Əhmədov, Fərdi Ağayev, Hürü Osmanova çıxış edərək Abşeron səhiyyəsinin tarixindən və bukünki naliyyətlərdən danışıblar.

Sonda səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə Abşeron rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları təqdim edilib.

Keçidlər