Şriftin ölçüsü :

Saytın rəngi :

İbadov Rauf Məhərrəm oğlu

  Soyad: İbadov
Ad: Rauf
Ata adı: Məhərrəm oğlu
Doğum tarixi: 04.05.1996
Şəhid olub: 23.10.2020
Rütbə: Əsgər

 

 

İbadov Rauf Məhərrəm oğlu 4 may 1996-cı ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olub. 2002-2013-cü illərdə 2 saylı orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakultəsində ali təhsil alıb.
2017-2018-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdə nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunub.
2020 -ci il iyul ayındakı Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşüb.
Sentyabr ayının 27-dən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə Rauf manqa komandiri təyin olunub.
Son məlumata görə, 23 oktyabr tarixində Laçın dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı əlbəyaxa döyüşlə bir neçə düşməni məhv etmiş və qəhramancasına şəhid olmuşdur. Cəsədləri bir neçə gün neytral ərazilərdə qalmış və atəşkəs elan olunduqdan sonra cəsədləri neytral ərazidən çıxarılmışdır.
30 oktyabr 2020-ci il tarixində  Abşeron rayonu, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ölümündən sonra  "Vətən uğrunda", "Cəbrayılın  azad olunmasına görə" və  “Füzulinin  azad  olunmasina  görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər