Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda şəhid zabit Hüseyn Nəcəfzadə ilə vida mərasimi keçirilib

17 sentyabr 2022 | 11:22

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant, 1997-ci il təvəllüdlü Hüseyn Abbasqulu oğlu Nəcəfzadə Abşeronda dəfn edilib.
25 yaşlı şəhidimizin nəşi yaşadığı Abşeron rayonu Saray qəsəbəsinə gətirilib.
Əvvəlcə şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasim iştirakçıları şəhidi “Qarabağ Azərbaycandır”, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar.
Şəhid baş leytenant Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Dəfndə Dövlət Himni səslənib, yaylım atəşi açılıb.
Vida mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Müdafiə Nazirliyinin zabiti, General-mayor Nicat Qarayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə iştirakçıları, qazilər, H.Nəcəfzadənin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaətlərdən söz açılıb.
Mərasimdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvlərinə başsağlığı verib, hər bir azərbaycanlının Hüseyn kimi qəhrəman oğullarla fəxr etdiyini vurğulayıb.
Daha sonra üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib.

Keçidlər