Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda “Şuşa ili" çərçivəsində silsilə tədbirlər keçirilir

04 noyabr 2022 | 10:39

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq Abşeron rayonunda silsilə tədbirlər keçirilir. Bu qəbildən olan növbəti tədbirlər A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə və Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.

Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri və qazilərin, eləcə də məktəbin pedaqoji kollektivinin iştirak etdiyi "Zəfərimizin tacı - Şuşa" adlı tədbirdə Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurur. Əldə edilən Zəfərin xalqımızın Qarabağ yarasına məlhəm olduğunu, hazırda həmin torpaqlarda misilsiz quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdıran çıxışçılar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər sahədə parlaq zəfərlərə imza atmaqda davam edəcəyinə əminliklərini vurğulayıblar.

Tədbirdə şəhid alələrinə və qazilərə, o cümlədən şəhid Hətəmxan Quliyevin həyat yoldaşı, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı Aytac Quliyevaya xüsusi xatirə hədiyyələri təqdim edilib.

Daha sonra məktəblilərin ifasında vətənə, qələbəyə və vətənpərvərliyə həsr olunan milli musiqilərimiz, muğamlarımız səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.

Ümummilli Liderin adını daşıyan mərkəzdə baş tutan “Əziz Şuşa, sən azadsan” adlı tədbirdə şəhid Hətəmxan Quliyevin həyat yoldaşı, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı Aytac Quliyevaya, Heydər Əliyev Mərkəzinin, Abşeron Tarix- Diyarşünaslıq Мuzeyinin, Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin əməkdaşları, 18 saylı Bakı Peşə Liseyinin tələbə və pedaqoji heyyəti, şəhid ailələri iştirak edib.

Çıxışçılar Azərbaycan ordusunun qüdrətindən, döyüş meydanında düşmənə vurulan sarsıdıcı zərbələrdən danışaraq Şuşanın xalqımızın tarixində oynadığı əhəmiyətli roldan, qala-şəhərimizin tarixi, təbiəti, abidələri və görkəmli şəxsiyyətləri barədə söz açıblar.

Tədbirdə qalib əsgərlərimizin Şuşa şəhərini işğaldan azad etməsinə həsr olunan video çarx və rəsm əsərləri nümayiş olunub.

Keçidlər