Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda şəhid gizir Rufiz Budaqovun doğum günü qeyd edilib

12 iyul 2022 | 12:49

44 günlük Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşnın azad olunmasına görə” medallarına layiq görülən şəhid gizir Budaqov Rufiz Şirzad oğlunun 45-ci doğum günü qeyd edilib. Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, YAP Abşeron Təşkilatının sədri Abbas Əliyev,
şəhid ailələri iştirak edib. İştirakçılar II Fəxri xiyabanda şəhidimizin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
Gülnar Rəhimova bildirib ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Gülnar Rəhimova şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.
Şəhid Rufiz Budaqovun yaxınları ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkib və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürünü ifadə ediblər.
Daha sonra şəhid Rufiz Budaqovun övladları II Fəxri Xiyabanda uyuyan şəhidlərimizi, o cümlədən general Polad Həşimovun məzarını ziyarət edib, onların üzərlərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

Qeyd edək ki, Tovuz döyüşlərindən 2 il ötür. 2020-ci ilin 12-17 iyul tarixlərində keçən döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər