Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron məktəblərində narkomaniya əleyhinə maarifləndirmə tədbirləri davam etdirilib

13 oktyabr 2022 | 18:10

Abşeronda həyata keçirilən narkomaniya əleyhinə maarifləndirmə tədbirləri davam etdirilib. Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Mehdiabad qəsəbəsinin 4 və 5 nömrəli tam orta məktəblərində baş tutan tədbirdə İcra Hakimiyyətinin, Abşeron Rayon Polis İdarəsinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin, rayon Gənclər və İdman İdarəsinin, qəsəbə Polikilinkasının əməkdaşları və adıçəkilən təhsil müəssisələrinin müdirləri, müəllim və şagird heyəti iştirak ediblər.

Abşeron RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Zalov, Abşeron rayon Polis İdarəsinin rəis müavini Elçin Rəcəbov və digər çıxış edənlər ölkəmizdə sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizənin davamlı siyasət olduğunu bildiriblər.

Natiqlər şagirdlərə hər zaman sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub, təsir altına düşmədən doğru yol seçmələrini tövsiyə ediblər.

Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına dair müxtəlif səpkili tədbirlər davam edir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya davamlı olaraq reallaşdırılır, yeni nəslin sağlam, milli və mənəvi ruhda tərbiyəsi üçün ardıcıl addımlar atılır.

Daha sonra narkomaniya ilə bağlı video çarx təqdim edilib, şagirdlərin sualları cavablandırılıb.

Keçidlər