Ictimai Şura
Tədbirlər
19.12.2020-ci il tarixində Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası videoformat şəklində keçirildi
İclası giriş sözüylə açan İctimai Şuranın sədri Elçin Quliyev ilk növbədə qazanılan şanlı qələbə münasibətiylə hər kəsi təbrik etdi və qeyd etdi ki, bu qələbəni bizlərə yaşatdığı üçün Ali Baş Komandanımız İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna hər zaman minnətdar olacağıq.
Daha sonra İctimai Şuranın sədri qeyd etdi ki, son zamanlar ölkə ərazisində artmaqda olan "Covid-19" infensiyası ilə əlaqədar olaraq Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində sərtləşdirilmiş karantin rejmi tədbiq olunur. Və bu tədbirlər çərçivəsində müəyyən iş yerlərinin fəaliyyəti müvvəqqəti olaraq dayandırılmışdır. Bu məhdudiyyətlər nəticəsində bəzi ailələrin maddi vəziyyətində müəyyən problemlər yaşanır. Aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün İctimai Şura olaraq bizdə öz dəstəyimizi göstərməliyik.
Həmçinin Son zamanlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda ağardığımız haqq savaşında döyüşlər zamanı həyatını itirən hərbiçilərimizin, qazilərimizin və əsgərlərimizin ailələrinə də maddi və mənəvi dəstək göstərilməsi, onların maddi rifahının yaxşılaşdırılması üçün yardımların ediləcəyini bildirdi.
İctimai Şuranın sədri həmçinin qeyd etdi ki, belə tədbirlər Abşeron ərazisində Abşeron rayon İcra başçısı İradə xanım Gülməmmədovanın təşəbbüsü ilə mütəmadi olaraq həyata keçirilir. İctimai Şura olaraq əhalinin sosial rifahının yaxşılaşdırılması üçün Abşeron rayon ərazisində belə tədbirlərin davam etdiriləcəyini bildirdi.
Bu humanitar yardım çərçivəsində Abşeron ərazisində məskunlaşan aztəminatlı ailələrə şəhid qazi və əsgər ailələrinə maddi və mənəvi yardımların edilməsi, onların digər problemlərinin həll olunması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Daha sonra, Abşeron ərazisində olan digər aktual məsələlərlə bağlı müzakirələr olundu. Şuranın üzvləri bu və digər məsələlərlə bağlı fikirlərini bildirdilər və təkliflər verdilər.
Sonda İctimai Şuranın sədri Elçin Quliyev qeyd etdi ki, əhalinin sosial təminatının yaxşılaşdırılması dövlətin prioritet istiqamətlərindən biridir. Və İctimai Şuranın əhalinin sosial rifahının yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin gələcəkdədə davam etdiriləcəyini bildirdi.
Abşeron Rayon Icra Hakimiyyəti yanında Ictimai Şuranın yeni üzvlərinin ilk iclası keçirildi
Oktyabrın 17-də Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirildi. İclası giriş sözü ilə açan Abşeron rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin şöbə müdiri Azər Məmmədov qeyd etdi ki, Prezident ilham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib həmçinin bildirdi ki, ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyi, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılması və onların həlli yollarına dair təkliflərin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının qarşısına yeni vəzifələr qoyulub. Son olaraq İctimai Şuranın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
İctimai Şuranın sədri Elçin Quliyev iclasda son zamanlar ölkəmizdə aktual olan məsələlərlə bağlı təkliflər verdi. İclasda Abşeron ərazisində Koronavirus("Covid19") infeksiyasının yayılmasının qarşısının alınması məqsədiylə maarifləndirici tədbirlərin görülməsi, cəbhədə yaralanan əsgərlərə dəstək olmaq məqsədiylə qanvermə aksiyasının keçirilməsi və digər aktual məsələlərlə bağlı müzakirələr aparıldı. Şuranın üzvləri bu və digər məsələlərlə bağlı fikirlərini bildirdilər və təkliflər verdilər.
Sonda İctimai Şuranın sədri Elçin Quliyev İctimai Şuranın Abşeron ərazisindəki problemlərin həllində yaxından iştirak edəcəyini və bu tədbirlərin öz töhfəsini verəcəyini bildirdi.
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın növbəti iclası
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyəti (RIH) başçısı yanında İctimai Şuranın növbəti iclası keçirilib. Tədbirdə Abşeron RİH yanında İctimai Şuranın sədri Nadir Ağayev, İctimai şuranın üzvləri, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin rəhbərləri iştirak ediblər.
Tədbiri Abşeron RİH başçısı yanında İctimai Şuranın sədri Nadir Ağayev açıq elan edib və iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Natiq şuranın iş fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.
Daha sonra çıxış üçün söz verilən şura üzvləri rayonda aparılan quruculuq-abadlıq işlərindən və Qeyri Hökumət Təşkilatlarına dövlət dəstəyindən danışıblar. Çıxışçılar cəmiyyətdə baş verən proseslərə öz münasibətlərini bildirərək, onların həlli istiqamətində lazimi addımlar atılmalı olduğu fikrini səsləndiriblər.
Yekun nitqlə çıxış edən N.Ağayev Vətəndaş Cəmiyyət İnstitutlarının fəaliyyətində İctimai Birliklərin xüsusi yeri olduğunu bildirib. O qeyd edib ki, QHT-lərin fəaliyyəti üçün Dövlət tərəfindən münbit şərait yaradılmışdır. QHT-lərə Dövlət Dəstəyi Şurasının, Azərbaycan Gənclər Fondunun və digər fondların yaradılması bunun bariz nümunəsidir. Son olaraq natiq Abşeron RİH-nin həyata keçirdiyi bütün layihələrdə ictimai birliklərlə əməkdaşlıq etdiyini şura üzvlərinin diqqətinə çatdırıb.