Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

Rayon ərazisində 3 xəstəxana (85 çarpayılıq Abşeron rayon Mərkəzi xəstəxanası, 50 çarpayılıq Saray qəsəbə xəstəxanası, 20 çarpayılıq Qobu qəsəbə xəstəxanası), Abşeron rayon Poliklinikası,  Abşeron rayon Uşaq Poliklinikası, 11 qəsəbə kənd həkim məntəqəsi, 2 kənd tibb məntəqəsi və Mərkəzi Xəstəxananın nəzdində Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi əhaliyə xidmət göstərir.

Son illər ərzində rayon əhalisinə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür. 2006-2010-cu illər ərzində yerli bələdiyyələrin dəstəyi ilə Novxanı, Masazır, Mehdiabad, Güzdək, Hökməli, Qobustan, Fatmayı, Görədil, Aşağı Güzdək həkim və tibb məntəqələrinin yeni binaları inşa olunmuşdur. Saray və Qobu qəsəbə xəstəxanaları əsaslı təmir edilmişdir.  Ən müasir tələblərə cavab verən Abşeron rayon Mərkəzi xəstəxanasının yeni binasının tikintisi cari ilin sentyabr ayında başa çatması planlaşdırılmışdır.
Ölkə  prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən 2019-cu ilin fevral-may aylarında rayon sakinlərinin həkim müayinəsindən keçirilməsi tədbirləri aparılmışdır. Bu baxımdan cənab Prezidentin təşəbbüsü və çağırışı əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Ötən il  215038 nəfər rayon sakini proflaktik tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı aşkar olunmuş  xəstəliklərin vaxtında müalicəsi təmin edilmişdir. Bu tibbi müayinənin 2020-ci ildə də davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Şəkərli diabet, vərəm, onkoloji xəstəliklər, böyrək çatmamazlığı, talassemiya və hemofiliyalı xəstələrin dərman preparatları ilə təminatı ciddi nəzarətdə saxlanılmışdır.
COVİD-19 koronavirus pandemiyası dövründə əhalinin maarifləndirilməsi və xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər  həyata keçirilir.  Aşkar olunmuş xəstələrin hospitalizasiyası, xəstə ilə təmasda olmuş şəxslərin müşahidəsi və izoliyasiyası təmin edilir.

 

ABŞERON RAYON SƏHİYYƏ MÜƏSSİSƏLƏRİ HAQQINDA

MƏLUMAT

S/S Xəstəxana və Poliklinikanın nömrəsi Ünvanı Baş həkimin soyadı adı və atasının adı İş telefonları
1. Abşeron rayon Mərkəzi Xəstəxanası AZ 0100 Xırdalan şəhər 28-ci məhəllə İsmayılov Azər Cəbi oğlu 342-26-11
2. Abşeron rayon Poliklinikası AZ 0100 Xırdalan şəhər Qalubiyyə küç 5 Musayev Faris Qurban oğlu 342-24-96
3. Abşeron rayon Uşaq Poliklinikası AZ 0100 Xırdalan şəhər Qalubiyyə küç 5 Ukalayeva Adilə Zeynəddin qızı 342-24-07 342-11-63
4. Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi AZ 0100 Xırdalan şəhər H.Əliyev prospekti, 185 Bağırov Feyzulla Rəhim oğlu 342-28-11
5. Saray qəsəbə Xəstəxanası AZ 0121 Saray qəsəbəsi Novruz Aslanov küç 2 Əliyev Natiq Telman oğlu 344-17-03
6. Qobu qəsəbə Xəstəxanası AZ 0117 Qobu qəsəbəsi, Aşur Həsənbalayev küç 44 Gülməmmədova Günəş Mikayıl qızı 345-73-23
7. Ceyranbatan həkim məntəqəsi AZ 0112 Ceyranbatan qəsəbəsi, Nizami küç 1 Mustafayeva Günəş Elxan qızı 344-42-72
8. Digah həkim məntəqəsi AZ 0127 Digah qəsəbəsi S.Vurğun küç 2 Əliyeva Gülsüm Əli qızı 340-85-03
9. Mehdiabad həkim məntəqəsi AZ 0118 Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi İsmayılova Qənitə İsfəndiyar qızı 343-20-93
10. Hökməli həkim məntəqəsi AZ 0115 Hökməli qəsəbəsi, M.Hüseynzadə küç 11 Osmanova Hürü Bilal qızı 342-11-61
11. Aşağı Güzdək həkim məntəqəsi AZ 0111 Aşağı Güzdək qəsəbəsi, T.Məmmədov küç 2 Əhmədov Nasir Qurban oğlu 345-00-02
12. Güzdək həkim məntəqəsi AZ 0114 Güzdək qəsəbəsi, Elman Heydərov küçəsi Məhərrəmova Rəsmiyyə Cabir qızı 345-43-02
13. Fatmayı həkim məntəqəsi AZ 0113 Fatmayı kəndi, Ə.Ağayev küçəsi Zeynalova Sücayət Böyükağa qızı 340-00-22
14. Görədil həkim məntəqəsi AZ 0122 Görədil qəsəbəsi, İlqar Yusifov küç 1a Zeynalova Sücayət Böyükağa qızı 340-61-97
15. Məmmədli həkim məntəqəsi AZ 0125 Məmmədli kəndi, Ə.Bayramov küçəsi 33 Quliyev Şahbaz Qulam oğlu 340-41-17
16. Masazır həkim məntəqəsi AZ 0116 Masazır kəndi, Əliağa Vahid küçəsi Qarayeva Sevil Tapdıq qızı 347-67-25
17. Novxanı həkim məntəqəsi AZ 0119 Novxanı kəndi, Əsgər Əliyev küçəsi Həsənova Risalə Novruz qızı 348-34-44
18. Pirəkeşkül həkim məntəqəsi AZ 0120 Pirəkeşkül qəsəbəsi, Xoşbəxt Məmmədov küçəsi Cəfərova Elnarə Ramiz 345-60-56
19. Qobustan həkim məntəqəsi AZ 0124 Qobustan qəsəbəsi, C.Cabbarlı küç 8 Cəfərova Elnarə Ramiz 345-61-81

 

Keçidlər