Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Abşeron rayonu Azərbaycan Respublikasının ərazisi və əhalisinin sayına görə ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir.

Abşeron rayonunun ərazisi 1,97 min kv km-dir. Rayon üzrə əhalinin sayı 01.01.2024-cü il tarixə 432,8 min nəfərdir.

Məşğul əhalinin əsas hissəsi rayonda, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən istehsal müəssisələrində, ticarət, ictimai iaşə, хidmət sahələrində çalışır və fərdi əməklə məşğul olurlar.

Abşeron rayonu 16 inzibati ərazi dairəsindən (Хırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək, Şəfəq qəsəbələri və Məmmədli, Novхanı, Masazır, Fatmayı, Görədil Pirəkəşkül kəndlərindən) ibarətdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06 aprel 2024-cü il tarixli Sərəncamı ilə rayonun ərazisində Şəfəq qəsəbəsi yaradılmışdır.

Rayon üzrə məşğul əhalinin sayı 01.01.2024-cü il tarixə 189,3 min nəfərdir. O, cümlədən sənayedə çalışanların sayı 10,4 min nəfər, tikintidə 23,3 min nəfər, büdcə təşkilatlarında 10,3 min nəfər, təhsildə 17,9 min nəfər, səhiyyədə 1,7 min nəfər digər sahələrdə 125,7 min nəfərdir.
 

Keçidlər