Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda COVİD-19 a qarşı mübarizə və marifləndirmə tədbirləri

Dünyanı cənginə alan Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə Respublikanın bütün bölgələrində olduğu kimi Abşeron rayonunda  da Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq, çoxşaxəli tədbirlər həyata keçirilir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Dezinfeksiya idarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri də daxil olmaqla rayonun kənd və qəsəbələrinin, eləcədə  məcburi köckünlərin kompakt məskunlaşdığı  şəhərciklərin yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.  Aidiyyəti qurumların əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında gündəlik olaraq rayon ərazisində küçə və prospektlərin xüsusi kimyəvi vasitələrilə yuyulması aparılır. 

Rayon İcra Hakimiyyətinin əməkdaşları, yaradılan Operativ Qərargahın üzvləri, könüllülər və hüquq-mühafizə orqanları əməkdaşları Xırdalan şəhərində,  eləcədə kənd və qəsəbələrdə mütəmadi reydlər keçirərək vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları, ehtiyac yarandıqda isə elektron icazə alınması qaydasında çıxa biləcəkləri barədə məlumatlandırır, Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və göstərişlərinin icrası ilə bağlı əhali arasında maarifləndirmə-təbliğat işləri aparırlar.

Təbliğat işlərinin səmərəliliyinin daha da artırılması məqsədi ilə səsgücləndirici qurğular quraşdırılmış avtomobillərlə, Post Patrul maşınlarının və məscidlərin səsucaldıcı qurğuları vasitəsi ilə sakinlərə karantin rejiminin tələblərinə riayət edilməsi ilə bağlı gün ərzində bir neçə dəfə çağırışlar edilir.



Bundan əlavə, xüsusi maarifləndirici materiallar hazırlanaraq, Xırdalan şəhərində, eləcədə qəsəbə və kəndlərin ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına, ərzaq mağazaları və apteklərə vurulmuşdur.

Bu günlərdə Abşeron  Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova  kənd və qəsəbələrdə  əhali ilə söhbət apararaq, rayon ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin qaydalarına ciddi riayət olunmasının vacibliyini diqqətə çatdırıb


Həyata keçirilən tədbirlər çərçivəsində Əlahiddə Çevik Polis Alayının , Yol Patrul Xidməti, Post Patrul Xidməti və Daxili qoşunların əməkdaşları tərəfindən rayon ərazisində ümumilikdə 8 post qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir.

Həmçinin RİH əməkdaşları, bələdiyyələr, könüllülər tərəfindən yaşı 65-dən yuxarı, tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır, onlara ərzaq yardımları çatdırılır, lazımi sosial xidmətlər göstərilir. Rayon rəhbərinin təşəbbüsü ilə son 3 ay ərzində, ümumilikdə, 6500- ə yaxın  müxtəlif çeşidli ərzaq bağlamaları  ilk növbədə, yardıma ehtiyacı olanlar – şəhid, əlil ailələri, 65 yaşdan yuxarı sakinlər, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvlərinə paylanılıb . Rayon ərazisində həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilir.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Biz birlikdə güclüyük" sosial layihəsi çərçivəsində Abşeron RİH könüllüləri tərəfindən Abşeron rayonunun kənd və qəsəbələrində aztəminatlı və digər həssas kateqoriyadan olan 10 mindən çox ailəyə ərzaq bağlaması çatdırılıb. Ərzaq bağlamaları layihə üzrə istifadəyə verilmiş "bizbirlikdegucluyuk.az" portalına daxil olan müraciətlər əsasında ünvanlara çatdırılıb.

İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “könüllü qərargahı” yaradılıb. Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir.

 

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)
Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və yardımların göstərilməsi gündəlik davam etdirilir.

Keçidlər