Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr və Nümayəndəliklər

Bələdiyyələr

Azərbaycan Respublikası müstəqilliyinin inkişafı dövründə bir çox tarixi mərhələlərdən keçmişdir. Bu tarixi mərhələlər dövlətimizin demokratik prinsiplər əsasında inkişafı ilə səciyyələnir. Bu dövrün əhəmiyyətli hadisələrindən biri də yeni idarəetmə forması olan bələdiyyələrin yaranmasıdır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş (1995-ci ildə) Müstəqil dövlətimizin Konstitusiyasında Yerli Özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən edilməsi və onlar tərəfindən yerli özünüidarənin təşkili və sair məsələlərin öz əksini tapması yerli özünüidarənin hüquqi əsaslarını təşkil etmişdir.
Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yerli özünüidarəetmə orqanlarının inkişafına, tam formalaşmasına və müstəqil fəaliyyət göstərməsinə xüsusi diqqət yetirir.
1999-cu ildə yerli özünüidarəetmə orqanı olan ilk bələdiyyə seçkilərində Abşeron rayonunda 15 bələdiyyə qrumu formalaşmışdır. Respublikamızda bələdiyyələr çox gənc olsalar da, onlar öz işgüzarlığı, təşkilatçılığı, ərazilərin sosial problemlərinin həlli istiqamətində göstərdikləri təşəbbüskarlıq nəticəsində ulu öndərin uzaqgörənliyini bir daha sübut etdilər.
Abşeron rayonunda bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xəttlərinin yenidən qurulması, yeni uşaq bağçası, məktəb, səhiyyə müəssisələrinin tikilməsi, köhnələrinin əsaslı təmir olunması, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması, ağac və bəzək kollarının əkilməsi, şəhid əlil və aztəminatlı ailələrə maddi yardım verilməsi sahəsində mühüm işlər görmüşlər.

Xırdalan bələdiyyəsi 1999-cu ildə yaradılmışdır. İlk vaxtlar 11 nəfər bələdiyyə üzvü seçilmişdir. Xırdalan şəhərində əhalinin sayının artması ilə əlaqədar 2019-cu il bələdiyyə seçkilərində Xırdalan bələdiyyəsinə 19 üzv seçilmişdir. Xırdalan bələdiyyəsi şəhərdaxili yolların abadlaşdırılmasında, Mədəniyyət və istirahət parkının yenidən qurulmasında, gənclər evinin tikilib istifadəyə verilməsində, su-kanalizasiya, qaz xəttlərinin çəkilməsində, elektrik transformatorlarının qoyulmasında, yaşayış binalarının həyətlərində kölgəliklərin, avtomobil yollarının kənarında dayanacaqların quraşdırılmasında çox işlər görmüşdür. Gələcəkdə də ərazidə bələdiyyə tərəfindən bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Ünvan: Xırdalan şəhəri, Qalubiyyə küçəsi
Tel: (012) 342-70-00
Sədr: Musayev Orxan Elxan oğlu
(012) 342-70-00
Müavin: Rəsulov İlham İdris oğlu
(012) 342-33-55
Müavin: Quliyev İlham Yusif oğlu
(012) 342-33-55
 

 Saray bələdiyyəsi 1999-cu ilin dekabr ayında formalaşmışdır. 2019-cu il bələdiyyə seçkilərində 15 nəfər bələdiyyə üzvü seçilmişdir. Hazırda Saray bələdiyyəsində 23 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Saray bələdiyyəsi qəsəbə daxili yolların abadlaşdırılması, su-kanalizasiya və qaz xəttlərinin çəkilməsi və təmiri sahəsində, təhsil, səhiyyə müəssisələrinin əsaslı təmirində çox işlər görmüşdür. Xüsusilə 85 çarpayılıq Saray qəsəbə xəstəxanasının yenidən qurulub sakinlərin istifadəsinə verilməsndə müstəsna xidmət göstərmişdir. Şəhid, əlil və imkansız ailələrə respublikamızda qeyd olunan bayram günlərində sovqat çatdırılmışdır.
Ünvan: Saray qəsəbəsi. V.Axundov küçəsi 27
Tel: (012) 344-11-44
Sədr: Həsənov Məhi Vahid oğlu
(012) 344-11-44
Müavin: Məhərrəmov Şahlar İmamverdi oğlu
(012) 344-11-44
Müavin: Cabbarov Tofiq Daxil oğlu
(012) 344-11-44
 

Mehdiabad bələdiyyəsi 1999-cu ildə yerli özünüidarəetmə orqanlarına ilk seçkilər keçirilərkən yaradılıb. Hazırda bələdiyyədə 13 nəfər üzv, 9 nəfər isə bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Bələdiyyə yarandığı gündən ərazidə bir çox quruculuq abadlıq işləri həyata keçirilmiş, daxili yollar asfaltlanmış, yeni yaşayış massivlərinə qaz, su, elektrik xəttlərinin çəkilməsində imkanı daxilində köməklik göstərmişdir.

Ərazidə yaşıllıqların artırılması üçün müəyyən işlər görmüşdür. Daim aztəminatlı ailələrə qayğı göstərmiş, bayramlarda onlara sovqat çatdırılmasını təmin etmişdir. Qəsəbədə 2 mərtəbəli yaraşıqlı, müasir avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisəsi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Gələcəkdə də bir çox işlərin görülməsi nəzərdə tutulur.
Ünvan: Mehdiabad qəsəbəsi, «20 Yavnvar» küçəsi 18
Tel: (012) 343-15-55
Sədr: Hüseynov Vüqar Murad oğlu
(012) 343-15-55
Müavin: Süleymanova Tahirə Fərəməz qızı
(012) 343-15-55
Müavin: 
(012) 343-15-55
 

Qobu bələdiyyəsi 1999-cu ilin dekabr ayında yaradılmışdır. 2019-cu il bələdiyyə  seçkilərində 13 nəfər bələdiyyə üzvü seçilmişdir. Hazırda 10 nəfər bələdiyyə qulluqçusu çalışır.
Daxili küçələri abadlaşdırılmış, 1936-cı ildən fəaliyyət göstərən və üçülüb dağılaraq yararsız hala düşən 35 çarpayılıq Qobu qəsəbə sahə xəstəxanasını sökərək yerində müasir tələblərə cavab verən səhiyyə müəssisəsi inşa etmiş, dörd qrupluq uşaq bağçası tikilmişdir. Hazırda qəsəbədə bələdiyyə tərəfindən mədəniyyət evinin inşası davam etdirilir.
Ünvanı: Qobu qəsəbəsi, S.Vurğun küçəsi
Tel: (012) 345-71-00
Sədr: Nəcəfov Araz Tofiq oğlu
(012) 345-71-00
Müavin: Novruzzadə Ziya Ənvər oğlu
(012) 345-71-70
 

Ceyranbatan bələdiyyəsi Ceyranbatan qəsəbəsi Abşeron rayonunun son 50 ildə salınmış yaşayış məntəqələrindən biridir. Qəsəbədə 1999-cu ildə bələdiyyələrə seçkilər keçirilmişdir. Hazırda 11 bələdiyyə üzvü və 6 nəfər bələdiyyə qulluqçusu ərazinin sosial problemləri ilə məşğuldur. Bələdiyyə yarandıqdan sonra qəsəbə daxili yollar abadlaşdırılmış, kommunal sahəsində xeyli iş görülmüş, həkim ambulatoriyası, mədəniyyət evi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Qəsəbənin mərkəzindəki «Atatürk» parkı yenidən qurulmuş, respublikamızda qeyd olunan rəsmi bayramlarda şəhid, əlil və imkansız ailələrə bayram payı çatdırılmışdır.
Ünvan: Ceyranbatan qəsəbəsi «20 Yanvar» küçəsi 1
Tel: (012) 344-41-42
Sədr: Zeynalov Cavanşir Allahverdi oğlu
(012) 344-43-00
(050) 210-67-54
(055) 210-67-54
Müavin: Cəfərova Gülər Namiq qızı
(012) 344-41-42
 

Hökməli bələdiyyəsi 1999-cu ildə keçirilən seçkilərdə formalaşmışdır. Qəsəbənin problemlərinin həlli ilə 11 nəfər bələdiyyə üzvü, 8 nəfər bələdiyyə qulluqçusu məşğul olur. Hökməli bələdiyyəsi yarandıqdan sonra qəsəbənin daxili yolları asfaltlanmış, su, qaz, elektrik xəttlərinin çəkilməsində və təmirində müəyyən işlər görülmüş, uşaq bağçası, orta məktəb binası, klub əsaslı təmir olunmuş, 16 otaqdan ibarət 2 mərtəbəli poliklinika tikilmiş, müasir avadanlıqlarla təchiz edilmişdir. Hazırda Hökməli bələdiyyəsi tərəfindən 4 qrupluq uşaq bağçasının tikintisi üçün hazırlıq işləri görülür.
Ünvan: Hökməli qəsəbəsi
Tel: (012) 342-28-64
Sədr: Orucov Ramil Bəgalı oğlu
(012) 342-28-64
Müavin: Buğumov Zamiq Xankərəm oğlu
(012) 342-28-64
 

Güzdək bələdiyyəsi 1999-cu ildə ölkəmizdə yerli özünüidarəetmə qrumuna ilk seçkilər keçirilərkən yaradılmışdır. Yarandığı gündən əhalinin sosial problemlərinin həlli ilə məşğul olmağa başlamışdır. Daxili küçələrin abadlaşdırılması ilə məşğul olmuş, həkim ambulatoriyası inşa etmiş, qəsəbə qəbirstanlığında abadlıq işləri aparmış, divarların sökülmüş hissələrini bərpa etmişdir. Qəsəbədə bələdiyyə tərəfindən dörd qrupluq uşaq bağçası inşa olunaraq istifadəyə verilmişdir.Bayram günlərində aztəminatlı ailələrə ərzaq yardımı göstərmişdir. 
Ünvan: Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi
Tel: (012) 345-42-04
Sədr: Hacıağayev Həsən Alxas oğlu
(012) 345-42-04
(050) 518-85-11
Müavin: Məlikov Bəhram Əjdər oğlu
(012) 345-42-04
 

Aşağı Güzdək bələdiyyəsi də 1999-cu ildə formalaşmışdır. Yarandığı gündən əhalinin sosial problemlərinin həlli ilə məşğul olmağa başlamışdır. Hazırda 9 bələdiyyə üzvü və 15 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Daxili yollar abadlaşdırılmış, qaz, su, elektrik xəttləri dəyişdirilmiş, həkim məntəqəsi, bələdiyyə və icra nümayəndəliyinin yeni inzibati binası tikilmiş, orta məktəbdə əsaslı təmir işləri aparılmış, elektrik dirəkləri dəyişdirilmiş, transformatorlar və su nasosları quraşdırılmış, çoxsaylı ağac və gül kolları əkilmiş, daim imkansız ailələrə yardım edilmişdir.
Ünvan: Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsi 1
Tel: (012) 345-01-01
Sədr: İmanverdiyev Seymur Əsgər oğlu
(012) 345-01-01
Müavin: 
(012) 345-01-01
 

Digah bələdiyyəsi 1999-cu ilin dekabr ayında yaradılıb. Daim əhalinin və ərazinin sosial-məişət problemlərini həll etməyə çalışıb, kənd qəbirstanlığında abadlıq, uşaq bağçası və orta məktəbdə əsaslı təmir işləri aparmış, daxili küçələrin abadlaşdırılmasını həyata keçrmişdir. Qəsəbədə dörd qrupluq uşaq bağçası inşa edilərək istifadəyə verilmişdir. Bələdiyyədə 11 bələdiyyə üzvü, 8 nəfər isə bələdiyyə qulluqçusu fəaliyyət göstərir.
Ünvan Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsi 14
Sədr: Ələkbərov Vüqar Şücaət oğlu
(012) 340-85-13
(050) 407-36-36
Müavin: Qurbanov Səməd Əhəd oğlu
(012) 340-85-13
 

Masazır bələdiyyəsi yarandığı andan ərazinin abadlaşdırılması, daxili küçələrə asfalt və çınqıl döşənməsi, ağac, gül kollarının əkilməsi istiqamətində bir çox işlər görmüşdür. Məktəblərdə və uşaq bağçasında əsaslı təmir işləri aparmış, yeni iki mərtəbəli müasir tələblərə cavab verən poliklinika, bələdiyyə və icra nümayəndəsi üçün inzibati bina inşa edərək sakinlərin istifadəsinə verilmişdir. Mərkəzi Ə.Vahid küçəsi tamamilə yenidən qurulmuş, küçə genişləndirilmiş, divarlar bəzəkli çay daşı ilə üzlənmiş, dekorativ ağac və gül kolları əkilmiş, qəzəlxan Ə.Vahidin abidəsi qoyulmuşdur. 

Ünvan: Masazır kəndi, Ə.Vahid küçəsi
Tel: (012) 347-80-24
Sədr: Fətullayev Rüfət Səyavuş oğlu
(012) 347-69-00
Müavin: Nəbiyev Rövşən Allahverdi oğlu 
(012) 347-80-24
Müavin: Sadıqov Elşad Hüseyn  oğlu
(012) 347-80-24
 

Novxanı bələdiyyəsi də 1999-cu ilin dekabr ayında formalaşmışdır. Əhalinin sosial problemlərinin həlli ilə 11 nəfər bələdiyyə üzvü, 11 nəfər bələdiyyə qulluqçusu məşğul olur. Bələdiyyə Masazır-Novxanı və Novxanı-Sumqayıt yollarını genişləndirmiş, ağac, bəzək və gül kolları əkmiş, yararsız hala düşmüş uşaq bağçasının yerində dörd qrupluq yeni müasir uşaq bağçası, iki mərtəbəli poliklinika və yaraşıqlı bələdiyyə binası tikərək istifadəyə vermişdir.
Hazırda ikinci uşaq bağçasının tikintisi üçün hazırlıq işləri gedir.
Ünvan: Novxanı kəndi, Ilqar Abdullayev küçəsi 19
Tel: (012) 348-34-48
Sədr: Tağıyev Şahin Kamal oğlu
(012) 348-31-00
(050) 232-80-90
Müavin: Əmrahov İlqar Əli  oğlu
 

Məmmədli bələdiyyəsi 1999-cu ilin ilk bələdiyyə çeçkilərində formalaşmışdır. Əhalinin və ərazinin sosial problemləri ilə 11 bələdiyyə üzvü və 16 nəfər bələdiyyə qulluqçusu məşğul olur. Daxili küçələr asfaltlanmış, çınqıl döşənmiş, orta məktəb, bağça, klub təmir olunmuş, yeni həkim ambulatoriyası və 6 qrupluq uşaq bağçası tikilmiş, əhaliyə qaz, elektrik enerjisi və içməli su verilməsində müəyyən işlər görülmüş, aztəminatlı ailələrə ərzaq və maddi yardım verilmişdir.
Ünvan: Məmmədli kəndi, Əli Bayramov küçəsi 30
Tel: (012) 340-43-00
Sədr: Məmmədov Vasif Musa oğlu
(012) 340-43-00
Müavin: Məmmədli Səbuhi Sadiq oğlu
(012) 340-43-00
 

Fatmayı bələdiyyəsi də yerli özünüidarəetmə orqanlarına ilk seçkilər zamanı, yəni 1999-cu ildə yaranmışdır. Yarandıqdan sonra ərazidə mədəniyyət evi, uşaq bağçası həkim məntəqəsi inşa etmiş, daxili küçələri abadlaşdırmış, yeni yaşayış assivlərinə qaz, elektrik xəttləri və su çəkilməsində iştirak etmiş, aztəminatlı ailələrə maddi yardımı göstərmişdir.
Ünvan: Fatmayı kəndi
Tel: (012) 340-02-00
Sədr: Nəsirli Nəsir Fazil oğlu
(012) 340-02-00
Müavin: Ağayev Murad Ağarəhim oğlu 
(012) 340-02-00
 

Görədil bələdiyyəsi də 1999-cu ilin dekabr ayında yaradılmışdır. Bələdiyyə formalaşandan sonra özü üçün inzibati bina, orta məktəbin həyətində 12 sinifdən ibarət yeni tədris korpusu tikmiş, məktəb və uşaq bağçasında əsaslı təmir işləri aparmış. Daxili yolları abadlaşdırmış, idman meydançası yaratmış, ağac və bəzək kolları əkmişdir. Gələcəkdə ərazidə bələdiyyə tərəfindən uşaq bağçasının tikintisi nəzərdə tutulur. Görədil bələdiyyəsndə 9 nəfər üzv və 4 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir.
Ünvan: Görədil kəndi, S.Vurğun küçəsi
Tel: (012) 340-61-00
Sədr: Məmmədov İlqar Budaq oğlu
(012) 340-61-00
Müavin: Hacıyev Rauf Rəhman oğlu
 

Pirəkəşkül bələdiyyəsi özündə iki yaşayış məntəqəsini birləşdirir. 1999-cu ildə formalaşmışdır. 9 nəfər bələdiyyə üzvü, 5 nəfər bələdiyyə qulluqçusu vardır. Daxili yollara asfalt və çınqıl döşənmiş, uşaq bağçası, orta məktəb və klubda təmir işləri aparmış, Qobustan kəndində yeni həkim məntəqəsi tikərək sakimnlərin istifadəsinə vermişdir. Əhaliyə qaz, elektrik enerjisi və içməli suyun verilməsində müəyyən işlər görmüş, aztəminatlı ailələrə ərzaq və maddi yardım vermişdir.
Ünvan: Pirəkəşkül kəndi, Xoşbəxt Məmmədov küçəsi
Tel: (012) 345-61-66
Sədr: Orucova Qəndaf Əli qızı
(012) 345-61-66
(050) 443-43-82
Müavin: Nəsibov Firdovsi Əli oğlu
(012) 345-61-66
 

Nümayəndəliklər

Хırdalan  şəhər  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Məmmədov Malik (012)342-11-48
2 Nümayəndənin müavini Nəzərli Ramal (012)342-63-94
3 Məsləhətçi (mühəndis) Əliyev Mübariz (012)342-63-94
4 Baş məsləhətçi - baş mühasib Rəsulov Ceyhun  (012)342-20-56
5 Aparıcı mütəxəssis Əliyeva Gülşən (012)342-11-48
6 Baş mütəxəssis-sürücü  Zeynalov Müsavər  
Saray  qəsəbə  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Rəcəbov Rövşən (012)344-11-21
2 Nümayəndənin müavini Əsədov Rəşad (012)344-12-37
3 Baş məsləhətçi - baş mühasib Əkbərov Ağamusa (012)344-19-90
4 Məsləhətçi (mühəndis) Cəlilov Orxan (012)344-11-21
5 Aparıcı mütəxəssis Məhərrəmova Natavan (012)344-11-21
6 Baş mütəxəssis-sürücü Pirəliyev İsmayıl  
                         Mеhdiabad  qəsəbə  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Həsənov Əli (012)343-14-31
2 Nümayəndənin müavini Rzayev Zabil (012)343-11-40
3 Baş məsləhətçi - baş mühasib Köçərli Səbuhi (012)343-05-39
4 Aparıcı mütəxəssis Əliyeva Rəhilə (012)343-14-31
Qоbu  qəsəbə  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Məmmədov Etibar (012)345-70-00
2 Nümayəndənin müavini Məmmədov Bayram (012)345-70-01
3 Baş məsləhətçi - baş mühasib Əsədova Aygün (012)345-70-01
4 Aparıcı mütəxəssis Əbdülkərimova Balacaxanım (012)345-70-00
5 Baş mütəxəssis-sürücü Məmmədov Rəşad  
Hökməli  qəsəbə  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Miradiyev Mirəziz (012)346-86-61
2 Nümayəndənin müavini Gülənmədov Azər (012)346-81-60
3 Baş məsləhətçi - baş mühasib Abbasova Elmira (012)346-81-60
4 Aparıcı mütəxəssis Hüseynova Xəyalə (012)346-81-60
5 Baş mütəxəssis-sürücü Abdulov Gündüz  
Güzdək  qəsəbə  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Orucov Fəxrəddin (012)345-42-00
2 Nümayəndənin  müavini Nəsirli Anar (012)345-42-00
3 Baş məsləhətçi - baş mühasib Ağayev Dəyanət (012)345-42-00
Cеyranbatan  qəsəbə  inzibati  ərazi  dairəsi  üzrə nümayəndəlik
1 İcra  Hakimiyyəti  Başçısının  nümayəndəsi   Abbasov Emin (012)344-40-79
2 Nümayəndənin  müavini Quliyev Elbrus (012)344-42-71
3 Baş məsləhətçi - baş mühasib Əhmədzadə Sədi (012)344-42-73
4 Aparıcı mütəxəssis Məmmədova Səmayə  
5 Baş mütəxəssis-sürücü Bağırov Vüqar  
Digah  qəsəbə  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   İsmayılov Müşfiq (012)340-87-00
2 Nümayəndənin  müavini Şəfiyev Səbuhi (012)340-85-37
3 Baş məsləhətçi - baş mühasib Kərimli Sənan (012)340-85-37
Aşağı  Güzdək qəsəbə  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi   Hümbətov Əli (012)345-00-00
2 Nümayəndənin müavini Qubatova Ruhiyyə (012)345-04-13
3 Baş məsləhətçi - baş mühasib Mirzəbekov Şıxəli (012)345-04-13
Masazır  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Həsənov Şahlar (012)347-72-62
2 Nümayəndənin müavini Ramazanov Nazim (012)347-65-00
3 Baş məsləhətçi - baş mühasib Hacıməmmədova Sevda (012)347-65-00
4 Aparıcı mütəxəssis Cəfərova Nuray (012)347-65-00
5 Baş mütəxəssis-sürücü Salahov Nəriman  
Məmmədli  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Abbasov Elmar (012)340-40-00
2 Nümayəndənin müavini Əliyev Akil (012)340-41-16
3 Baş məsləhətçi - baş mühasib Novruzov Natiq (012)340-41-16
Novxanı  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Rüstəmov Rövşən (012)348-30-00
2 Nümayəndənin müavini Nəbiyev İsa (012)348-34-43
3 Baş məsləhətçi - baş mühasib Əliyeva Süsanə (012)348-34-43
4 Aparıcı mütəxəssis Alıyev İkram (012)348-34-43
Fatmayı  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Həsənov Şiraslan (012)340-01-00
2 Nümayəndənin müavini İsmayılova Rəhimə (012)340-01-00
3 Baş məsləhətçi - baş mühasib Paşayeva Günay (012)340-01-00
Görədil  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Mikayılov Hafiz (012)340-63-00
2 Nümayəndənin müavini Məmmədov Orxan (012)340-63-00
3 Baş məsləhətçi - baş mühasib Mustafayeva Gülnarə (012)340-63-00
Pirəkeşkül  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlik
1 İcra Hakimiyyəti Başçısının nümayəndəsi Firidov Elməddin (012)345-60-01
2 Nümayəndənin müavini Rəhmanov Fəxri (012)345-60-01
3 Baş məsləhətçi - baş mühasib Alışanov  Səxavət (012)345-60-01

 

 

Keçidlər