Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

27 oktyabr 2025 | 16:11

Bu gün Bakı Humanitar Kollecində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi erkən nikah hallarının qarşısının alınması, gənclərin maarifləndirilməsi və bu sahədə ictimai məsuliyyətin artırılması olub.

Tədbiri giriş sözü ilə Bakı Humanitar Kollecinin direktoru Hicran Əyyubova açaraq, erkən nikah probleminin cəmiyyət üçün yaratdığı sosial və psixoloji fəsadlardan danışıb.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi, eyni zamanda Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun katibi Şükufə Məmmədova çıxış edərək, komissiyaların bu istiqamətdə gördüyü işlər, həyata keçirilən profilaktik tədbirlər və yerli səviyyədə aparılan maarifləndirmə fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə həmçinin Abşeron Rayon Polis İdarəsinin baş inspektoru Elbrus Əhmədov, Xırdalan Ailə Sağlamlıq Mərkəzinin terapevti həkimi Pərvanə Əliyeva və Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova çıxış edərək erkən nikahların hüquqi nəticələri və məsuliyyət məsələləri, erkən nikahların qadın və uşaq sağlamlığına mənfi təsirləri barədə ətraflı məlumat veriblər.

Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar. Sonda iştirakçılar arasında sorğu vərəqələri paylanılıb və nəticələrin müzakirəsi olub.

Keçidlər