Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda yuxarı sinif şagirdlərinin ixtisas seçimi ilə bağlı silsilə tədbirlər keçirilir

03 iyun 2024 | 17:40

Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbər və müəllim heyəti tərəfindən ixtisas seçimi ilə bağlı Abşeron rayon  orta ümumtəhsil müəssisələrinin  yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan görüşlərdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, sözügedən universitetlərin rəhbər və müəllim heyəti, eləcə də rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirlərdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova qeyd edib ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, məqsədyönlü tapşırıqları əsasında icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Ölkənin strateji hədəflərində inkişaf konsepsiyasının mühüm tərkib hissəsində ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş və artıq ali təhsil müəssisələrinin şəbəkəsi daha da inkişaf etdirilərək genişləndirilmiş, ən müasir tələblərə cavab verən universitetlər dünyada söz sahibi olan təhsil ocaqlarından sayılır, qocaman ali məktəblərin ölkəmizdə filialları yaradılıb.

RİH başçısının müavini G.Rəhimova Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə Xankəndidə yaradılan Qarabağ Universiteti və 2024/2025-ci tədris ilində burada bakalavriat səviyyəsinə tələbə qəbulu aparılacaq ixtisaslar haqqında ətraflı məlumat verib, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin ixtisas və peşə seçiminə kömək məqsədilə bu cür tədbirlərin davamlı təşkilinə, tədbirdlərdə məktəb müəllimləri ilə yanaşı valdeyinlərin iştirakının vacibliyini qeyd edib.

Görüşlərdə şagirdlərə BMU və AzMİU professor və müəllim heyəti tərəfindən universitetləri haqqında, həmçinin universitetə qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər, eyni zamanda, ikili diplom proqramları və onlara müraciət qaydaları, ixtisaslar, fakültələr, təhsil haqqı məsələləri, ixtisaslar üzrə ölkədə və xaricdə təcrübə şansları istiqamətində ətraflı məlumat, gələcək abituriyentləri maraqlandıran suallar cavablandırılıb, təbliğat-təşviqat qrupunun üzvləri ixtisas seçimində çətinlik çəkən məktəblilərə dəyərli məsləhət veriblər.

Keçidlər