Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

29 mart 2024 | 18:41

Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Abşeron rayonunun ümumtəhsil müəssisələrində Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir. 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yalnız bir dünya” mövzusunda Abşeron rayonunun bütün orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında 5 mərhələdən ibarət ekoloji yönümlü intellektual müsabiqəyə start verilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, RİH aparatının baş məsləhətçisi,Uşaq Səfirlər Məclisinin (USM) Abşeron rayon üzrə nümayəndəsi Mayisə Abbasova, “Abşeron“ qəzetinin redaktoru Şəhla Ağbulud, USM-nin Region üzrə məktəblilər arasından seçilən Abşeron rayonu üzrə  nümayəndələri Anabacı Əmiraslanova, Nihat Cəbrayılov və  fəallar da iştirak edib. Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin qorunması siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir,bu istiqamətdə  ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi məsələlərin qeyd olunduğunu bildirib.

Vurğulanıb ki, Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, ekoloji terrora məruz qalmış həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir, ekosistem bərpa olunur.

Münsiflər heyəti tərəfindən təqdim olunan suallar şagirdlərin ekoloji mövzuda maarifləndirilməsi,  mövcud eko resursların və  ehtiyatların səmərəli  istifadəsi, ekoloji vəziyyətin sağlamlaşdırılması, o cümlədən   alternatif enerji imkanları kimi mövzuları əhatə edəbarədə öyrənilməsi, nəticədə yeni ekoloji,innovativ ideyaların yaranmasına  münbit şərait yaratmışdır.  Tədbirin sonunda intellektual müsabiqənin iştirakçılarına  Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamələr  təqdim olunub. Qeyd edək ki, mərhələr üzrə  qaliblər arası yekun görüş cari ilin noyabr ayına  təsadüf edəcəkdir.

***

Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəy olaq" mövzusunda keçirilən növbəti tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva və məktəbin pedoqoji kollektivi iştirak edib.

İştirakçılar əvvəlcə sərgiyə baxış keçirib, ətraf mühitin qorunmasına dair şagirdlərin çəkdikləri rəsm və hazırladıqları əl işlərinin hər biri ilə yaxından tanış olublar.

Tədbirdə şagirdlərin hazırladıqları qısametrajlı film, səhnəciklər və musiqi nömrələri təqdim edilib.

Daha sonra Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, sözügedən təhsil müəssisəsinin rəhbəri, əməkdar müəllim Təyyibə Hüseynova və digərləri çıxış edərək  cənab prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən,ölkədə  ekoloji siyasətin uğurla aparılması və davamlılığın təmin edilməsi, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində ardıcıl tədbirlərin yüksək səviyyədə təşkil olunduğu qeyd ediblər.

Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Sonda fəal iştirakına görə bir qrup müəllim və şagirdə təşəkkürnamələr verilib.

Keçidlər