Abşeronda Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbələr üçün 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Ümumdünya İnsan Hüquqları Günü: Gənclərin Hüquq Mədəniyyəti” mövzusunda açıq dərs təşkil edilib.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub. Daha sonra Bakı Dövlət Universitetinin nəzdində İqdisadiyyat və Humanitar Kollecin tələbələri Mərkəzlə yaxından tanış olub, ekskursiya zamanı gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti və ölkəmizin inkişafındakı tarixi rolu haqqında geniş məlumat verilib. Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Ardınca Abşeron Rayon İcra Hakimiyyəti və BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin birgə təşkil etdiyi maarifləndirici tədbir davam edib. Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə iştirakçılara Ümumdünya İnsan Hüquqları Gününün yaranma tarixi, beynəlxalq əhəmiyyəti, insan hüquq və azadlıqlarının təşviqi və müdafiəsi istiqamətində və bu günün Azərbaycan cəmiyyətində rolu barədə məlumat verilib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxışında İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünün qeyd edildiyini , insan hüquq və azadlıqların bir çox dünya dövlətlərinin o cümlədən , Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunduğunu, milli qanunvericiliyin formalaşmasında mühüm yer tutduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun gücü və şəhidlərimizin qəhrəmanlığı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı ilə pozulmuş hüquqları bərpa olunub. Eyni zamanda hazırda regionda və dünyada sülhün təmin olunması istiqamətində dövlətimiz tərəfindən mühüm addımların atıldığı, ölkəmizin BMT-nin qətnamələrinin icrasını təmin etdiyi vurğulanıb.
Gülnar Rəhimova G.Rəhimova həmçinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin milli dövlətçilik ənənələrinin gücləndirilməsi və xüsusilə gənclərin dövlətçilik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Kollecin direktoru Hicran Əyyubova çıxışında hüquqi dövlətin prinsipləri, hüquq və vəzifələrin balansı, cəmiyyətdə hüquqi mədəniyyətin formalaşması kimi mövzulara toxunub. Daha sonra kollecin müəllimi Humay İsmayılova “Ümumdünya İnsan Hüquqları Günü: Gənclərin Hüquq Mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib, videoçarx nümayiş etdirilib. Daha sonra tələbələr arasında “Konstitusiya – gənclərin suverenliyinin təminatçısıdırmı?” mövzusunda debat təşkil olunaraq, gənclərin hüquqi təfəkkürünün və analitik düşüncə bacarıqlarının inkişafına töhfə verib.






