Abşeronda “Risk altında olan uşaqlarla bağlı mövcud vəziyyət və proaktiv müdaxilə mexanizmləri” müzakirə olunub
Abşeron rayonunda “Risk altında olan uşaqlarla bağlı mövcud vəziyyət və proaktiv müdaxilə mexanizmlərinin müzakirəsi” mövzusuna həsr olunmuş tədbir keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan müzakirədə Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının üzvləri iştirak edib.
Abşeron RİH Aparatının Hüquq şöbəsinin müdiri, Komissiyanın sədri Rəşad Qubatov bildirib ki, tədbirin keçirilməsində məqsəd risk altında olan uşaqların vəziyyətini qiymətləndirmək, mövcud qanunvericilik çərçivəsində əməkdaşlıq imkanlarını genişləndirmək və konkret fəaliyyət planı hazırlamaqdır. Komissiyanın adının dəyişdirilərək “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası” olduğunu xatırladan R.Qubatov rayon ərazisində bu sahədə vəziyyətin qənaətbəxş olduğunu, lakin həyata keçirilən tədbirlərin gücləndirilməsinə və qurumlar arasında mövcud əlaqələrin daha da şaxələndirilməsinə ehtiyac var.
Sonra Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi Şükufə Məmmədova Rayon üzrə mövcud statistik göstəricilər (risk altında uşaqlar, sosial xidmətlərə müraciət halları və s.) barəsində ətraflı məlumat verərək, təhsildən yayınma hallarının səbəbləri və risk altında olan uşaqlarla bağlı proaktiv müdaxilə modeli ətrafında danışıb.
Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Metodiki Kabinetinin Psixoloqu İstək Bəxtiyarova və digərləri çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər.