Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “İqlim dəyişikliyi uşaqların gözü ilə” adlı sərgi keçirilib

05 iyun 2024 | 15:16

Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Abşeron rayonunda Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.

Bu günlərdə Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”nə həsr olunmuş “COP29: İqlim dəyişikliyi uşaqların gözü ilə” adlı sərgidə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, RİH aparatının baş məsləhətçisi, Uşaq Səfirlər Məclisinin (USM) Abşeron rayon üzrə nümayəndəsi Mayisə Abbasova və Abşeron-Xızı Regional Təhsil idarəsinin nümayəndələri, eləcə də müəllim və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ətraf mühitin qorunmasına dair şagirdlərin çəkdikləri rəsm və hazırladıqları əl işlərinin hər biri ilə yaxından tanış olublar.

Qeyd edək ki, “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” BMT-nin ətraf mühitlə bağlı keçirilən 1972-ci il konfransında Yaponiya və Seneqalın təklifi ilə təsis olunub. “Ətraf Mühitin Mühafizəsi Günü” 1973-cü il iyunun 5-dən etibarən bütün dünyada qeyd olunmağa başlayıb.

Keçidlər