Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib

12 avqust 2024 | 18:31

Abşeron rayonunda “12 - Avqust Beynəlxalq Gənclər Günü” qeyd edilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gənclər tərəfindən tər çiçəklər düzülüb və xatirəsi böyük ehtiramla yad edilib.

RİH başçısının müavini Gülnar Rəhimova çıxışında ölkəmizin beynəlxalq əməkdaşlığının və gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu sahədə böyük naliyyətlərin əldə olunduğunu qeyd edib. Sözügedən siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirən G.Rəhimova vurğulayıb ki, ölkəmizdə hazırda digər sahələrdə olduğu kimi təhsil, karyera,  uğurlu fəaliyyət çərçivəsində də  gənclər üçün çoxşaxəli proqram və layihələr həyata keçirilir, beynəlxalq təcrübə mübadilələri aparmaq üçün geniş imkanlar yaradılır.

Sonra gənclərin  və könüllülərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib, iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini, o cümlədən beynəlxalq əməkdaşlığını əks etdirən fotosərgi ilə tanış olublar.

Sonda gənclər tərəfindən iştirakçıların diqqətini iqlim dəyişikliyinin qarşısının alınmasına dair fəaliyyətə cəlb edilmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılması məqsədi ilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında əhali arasında beynəlxalq miqyaslı  “COP 29” tədbirinə dair sorğu keçirilib.

Qeyd edək ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda 12 avqustun Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin gündən etibarən Azərbaycanda da bu gün hər il qeyd olunur.

Keçidlər