Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı və FHN-nin yaranmasının 20 illiyi qeyd edilib

16 dekabr 2025 | 15:46

Abşeron rayonunda 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı və FHN-nin yaranmasının 20 illiyi qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə RİH Başçısının Birinci müavini Yusif Sadıqov, Fövqəlada Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Abşeron Yanğından Mühafizə İdarəsinin və FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İadərəsinin rəhbər və kollektivləri iştirak edib. İştirakçılar əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra həm Ulu Öndərin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Abşeron RİH Başçısının Birinci müavini Yusif Sadıqov çıxış edərək FHN əməkdaşlarını təbrik edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2005-ci il dekabrın 16-da fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və effektli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi yaradıldı. Bununla da ölkəmizdə fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyuldu.

Fövqəlada Hallar Nazirliyi ötən 20 il ərzində böyük inkişaf yolu keçmiş, qurumun maddi-texniki bazası gücləndirilmiş, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlər əldə olunmuşdur.

Bununla yanaşı əhalinin mülki müdafiəsinin, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmini, xilasetmə və qəza-xilasetmə işlərinin təşkili, ölkə ərazisində radioaktiv tullantıların zərərsizləşdirilməsi, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə və tikintidə təhlükəsizliyə nəzarət kimi mühüm vəzifələri Fövqəladə Hallar Nazirliyi tərəfindən etibarlı müdafiəsi təmin olunmuşdur.

Y.Sadıqov qeyd edib ki, Vətən Müharibəsi zamanı Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşları torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar əməliyyatlar çərçivəsində fövqəladə halların, o cümlədən düşmənin mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların qarşısının alınması, nəticələrinin çevik aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, təxliyəsi, döyüş bölgəsində yaşayan insanların gündəlik təminatı, habelə digər istiqamətlərdə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirmişdir.

Sonra fəaliyyətində fərqlənən FHN əməkdaşlarına Fəxri Fərmanlar təqdim olunub.

Keçidlər