Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

01 avqust 2024 | 12:10

Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş “Azərbaycan ədəbi dilinin düzgün tətbiqi” adlı maarifləndirmə tədbiri keçirilib. Rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələri - muzey, kitabxana və mədəniyyət evlərinin bir qrup rəhbər işçi heyəti, o cümlədən Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edib.

G.Rəhimova çıxış edərək qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi qeyd olunması, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir. G.Rəhimova qeyd edib ki, ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, onun tərəfindən  “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixliI, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında 14 yanvar 2004-cü il tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 30 dekabr 2007-ci il tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” na dair 9 aprel 2013-cü il tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, eləcə də 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanları dilimizin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb ediib. G.Rəhimova idarə, təşkilat və müəssisələrdə, o cümlədən dövlət idarəçiliyi və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin keçirilməsinin vacibliyini qeyd etdi.

Daha sonra “Abşeron “ qəzetinin redaktoru Şəhla Ağbulud,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, “AZTV”-nin redaktoru Avdı Qoşqar, şair, jurnalist Tahir Abdulov  çıxış edərək qloballaşan dünyada dilimizin mühafizəsinin vacibliyini və bu istiqamətdə atılan addımların əhəmiyyətindən söz açıblar.

Keçidlər