Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda qanvermə aksiyası keçirilib

21 noyabr 2025 | 13:25

20.11.2025-ci il tarixində Abşeron Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib.

Qeyd olunmalıdır ki, Heydər Əliyev Fondunun “Talasemiyasız həyat naminə” proqramı 20 ilə yaxındır ki, ölkəmizdə minlərlə insanın həyatına ümid, gələcək nəsillərin sağlam böyüməsinə real təminat bəxş edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə həssas münasibətinin bariz nümunəsi olan proqramın mahiyyəti yalnız mövcud xəstələrin müalicəsi ilə məhdudlaşmır, həm də xəstəliyin genişlənməsinin qarşısının alınması, sağlam donor qanının təminatı kimi vacib sahələri əhatə edir.

İrsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsinə dəstək məqsədilə keçirilən aksiyada Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova,  RİH Başçısı Aparatının əməkdaşları, o cümlədən rayonda fəaliyyət göstərən təşkilatların nümayəndələri və sakinlər fəal iştirak ediblər.

Qanvermə aksiyasında 300 nəfərdən artıq rayon sakini könüllü iştirak edib.

Keçidlər